Böhran dövrlərində qurulan və bugünədək var olan nəhəng şirkətlərin qısa, amma təsirli hekayələri, risklər və fürsətlərin necə istifadə edilməsi lazım olduğunu öyrədir.
Böyük böhran dövrləri hər kəs üçün uğursuzluq gətirmir. Əksinə, böhranı fürsət bilib, mənfilikləri lehinə çevirən bir çox şəxs və ya şirkətin hekayələrinə şahid oluruq.
Bu gün böhran dövründə krizi fürsətə çevirən və bugünkü dövrdə nəhəng olan 5 şirkətin qısa hekayəsini sizinlə paylaşacağam.
Mənim müşahidəmə görə, bu şirkətlərin rəhbərləri və rəhbərliyində məsuliyyətli vəzifələr tutan şəxslər, heç bir halda risk almaqdan qorxmurlar. Hər risk alanın uğurlu olacağını düşünmək də, hər fürsətdə risk axtarmaq da böyük bir axmaqlıq olardı. Vəziyyət və riski analiz edib, orta yolu tapmaq ən doğru hərəkətdir. Amma böhranda ortaya çıxmaq və illər sonra nəhəng şirkətə çevrilmək də doğrudan da böyük bir fürsətdir.
Təxminən bu uğurun ən doğru formulu: Risk, yaradıcılıq, fürsət və bacarıqdır
Hewlett-Packard (HP)
Müharibə böhran gətirir, krizislərdə hər zaman ən yaxşısını və pisi gətirir. Amma bu hər kəs üçün keçərli deyil! Hewlett-Packard və ya daha çox bilinən adı ilə HP bu gün dünyanın ən böyük kompüter təchizat və proqram istehsalçı şirkətidir. Şirkətin adı qurucularının soyadlarının birləşməsindən meydana gəlir. Stanford Universitetindən Bill Hewlett və David Packard adında iki tələbə tərəfindən 1939-cu ildə ABŞ-da bir evin qarajında 538 dollar başlanğıc sərmayəsi ilə qurulan şirkət kiçik elektronik cihazların istehsalını etməyə başlayır. İlk müştərilərindən biri də əyləncə sektorunda dünyanın ən böyük markalarından Disney olur.
Ancaq şirkətin yaradılmasından bir neçə il sonra 40-ci illər müharibəsi başlayır. Almaniya II Dünya Müharibəsində sualtı gəmiləri üçün hərbi sahədə radarlarla əlaqəli özəl cihazlara ehtiyac hiss edir. Bu mənada özünü qısa zamanda təsdiq edən Hewlett-Packard, müharibə və müharibənin olduğu böhranı fürsətə çevirir.
Almaniyanın istədiyi cihazları uğurla istehsal edən HP o illərdə təxminən 45 nəfərik bir əməkdaşla milyon dollarlıq gəlir əldə etməyə nail olur.
Ford Motor Company
Müharibə sonrası investor tapmaq mı? Kimiləri üçün bu çox da çətin görünmür.
Ford Motor Company-nin qurucusu Henry Ford İrlandiyalı bir qaçqının oğludur və ABŞ-da dünyaya gəlib. ABŞ-ın Böyük Böhran dövrü və yeni qurtaran Vətəndaş Müharibəsindən dərhal sonra avtomobil istehsal etmək üçün investor axtarışına başlayır. Böhranda investor tapmaq çətin məsələ olsa da, Henry Ford 12 investoru birdən razı salır. 1903-cü ildə 28 min dollar başlanğıc sərmayəsi ilə Ford Motor Company-i qurur və şirkət eyni il avtomobil istehsal edir. I Dünya Müharibəsindən sonra Amerikada başlayan Böhran İllərində Amerikadakı bir çox şirkət kimi çətin dövrlər keçirsə də ayaqda qalmağı bacarır.
II Dünya Müharibəsini də fürsətə çevirən şirkət tank istehsalı ilə müharibədən öncəki dövrlərdə populyarlığını geri qazanmağı bacarır.
Müharibə ərəfələrində yaranan, Böhranı fürsətə çevirən digər şirkətlər hansılar olub? Bu haqda yazının davamını növbəti məqaləmizdə oxuyacaqsınız.