Öncə ondan başlayaq ki, 2015-2016-cı illərdə qonşu Türkiyədə sosial media və bəzi internet saytlarına giriş qadağan edilmişdi. Son dövrlərdə də (Azərbaycanda müharibə şəraitində dezinformasiyanın sürətlə yayılmasının qarşısını almaqdan dolayı) internetin sürətində yavaşlamalar və girişdə problemlər yaşanır. Bu cür problemlərin həllinin ən asan yolu isə VPN-dir.


Başqa adla, Virtual Private Network, Virtual Özəl Şəbəkə deməkdir. İnternet “qurd”ları artıq çoxdandır ki, VPN ilə bağlı məlumatlıdırlar. Bizim bu yazını yazmaqda məqsədimiz bilməyənləri məlumatlandırmaqdan daha çox, istifadə edənləri gözləyən təhlükələr barəsində məlumatlandırmaqdır.


Virtual şəbəkə isə o deməkdir ki, mövcud lokaldan çıxıb, başqa bir şəbəkəyə qonaq olursunuz və daxil olunan şəbəkənin ip məlumatları ilə internetə çıxış əldə edirsiniz.


Daha sadə dildə izah etsək, evinizdəsiniz Adsl modeminizə bağlısınız. Evdə istifadə etdiyiniz şəbəkə isə LAN (Local Area Network) deməkdir. Ancaq siz internetə daxil olmaq üçün bağlı olduğunuz İnternet Provayderinin Şəbəkəsinə qonaq və ya abunə ilə bağlanıb, şəbəkə üzərindən internetə çıxış əldə edirsiniz. Bu şəbəkəyə isə WAN, yəni Wide Area Network deyilir. Fərqli bir ip alıb, satın aldığınız şəbəkədən internetə çıxırsınız.


Bax bu zaman onun qaydaları keçərlidir!


Mütəxəssislər bildirir ki, təhlükəsizliyinizin təminatı üçün yaxşı olar ki, ölkə səviyyəsində olan qadağalara əməl edəsiniz, başqa bir halda isə ödənişli VPN proqramlarından istifadənin daha etibarlı olacaqlarını deyirlər. 2020-ci ildə ən yaxşı pulsuz VPN xidmətləri isə Windscribe, TunnelBear, Speedify, Hide Me, Betternet, ProtonVPN, Hotspot, Shield Free hesab edilib.


Onu da son olaraq qeyd edək ki, KİV rəsmisi Nəqliyyat və Rabitə Yüksək Texnologiyalar Nazirliyinin rəsmisinin sözlərinə istinadən yazırdı ki, Azərbaycanda VPN xidmətindən istifadəyə görə, istifadəçilərin cərimələnməsi nəzərdə tutulmayıb.


Bəs, VPN proqramlarında istifadənin təhlükələri nələrdir. Bu bu haqda növbəti yazımızda!