Məktəbdə bizə cəbr, triqonometriya öyrədirlər, ancaq büdcənin düzgün idarəedilməsi, qənaət etməyi və sərmayə qoymağı yox! Yaşımız artdıqca daha çox məsuliyyət daşıyırıq. Əlbəttə ki, pulla işləmək bacarığı yetkin yaşda avtomotik olaraq ortaya çıxmır. Bunu uşaqlıqdan öyrənmək lazımdır.
Rich Single Momma nəşrində valideynlər və maliyyə ekspertləri uşaqlarda müxtəlif yaşlarda maliyyə savadlılığını öyrətməyin yollarından bəhs ediblər.
Körpələr və kiçik uşaqlar
Onlara maliyyə savadlılığını necə öyrətmək olar ki? Onlar yatmaq, yemək yeməyi öyrənmək, dünya ilə qarşılıqlı əlaqə olmaq kimi məşğuliyyətləri var. Onlara pul barəsində danışmaq isə vaxt itkisi kimi görünə bilər. Ancaq hər şey birinci doğum günü və ondan sonrakı doğum günlərində alınacaq hədiyyələrdən başlayır.
Uşaqlar rənglərə və səslərə qarşı çox aktiv olurlar. Ona görə də yaxınlarınızdan xahiş edin ki, ona hədiyyə qismində şirin bir donuz pul yığım bankası hədiyyə etsinlər. Pulun yığılmasını gündəlik və ya həftəlik bir ritual halına gətirin, bu sizin yığım vərdişinizin inkişafına kömək olacaq.
Sonra yığdınızın pulu uşağınızın əmanət hesabına köçürün və evdə yığım vərdişinizi davam etdirin. Sonra isə hər ay əmanət bankına pul yatırın.
Uşaq bağçası və ibtidai sinif şagirdləri
Uşaqlar bu vaxtı ətrafındakı dünya ilə maraqlanırlar, bu onlara yaxşı maliyyə savadlılığı aşılamaq üçün ƏLA VAXTDIR!
- Bir oyuncaq dükanı yaradın və ordakı hər bir məhsul üçün qiymət müəyyən edin. Uşağınızın xırda qəpik qutusundan istifadə etməklə sizdən oyuncaq almağına icazə verin. Uşağın yaşı artdıqca qiymətləri və pul miqdarını artırın. Daha sonra isə onlara qiyməti hesablamağı və büdcəni aşmamaları üçün bloknot və karandaş verin.
- Bu yaşda əmək haqqı da təyin edilə bilər. Məsələn, uşaqlardan birinin anası nəşrə deyib ki, “Altı yaşlı oğlumu kiçik ev işləri üzrə məsul etdim. Ev işlərində kömək üçün 25 sent alır. Həmçinin keçmək istədiyi hədəf üçün də ona şans veririk. Hədəfin müəyyən olunduğundan 1,5 dəfə daha çox yığım etdikdə isə o istədiyini ala bilər. Məsələn, onun satın almaq istədiyin məhsulun dəyəri 10 dollardır, bu isə o mənaya gəlir ki, onun bu məhsulu almaq üçün 15 dolları olmalıdır.
Yeniyətməliyə qədər olan uşaqlar
Daha çox valideyn bu yaşda uşaqlarına evdə təhsil verir, bu isə o anlama gəlir ki, belə uşaqlara pul ilə rəftarın daha yaxşı yolunu öyrətmək olar. Pul ilə necə davranmalı olduğunu öyrənmək onun üçün əyləncəli və maraqlı olmalıdır. Məsələn, siz onun üçün maliyyə savadlılığı cədvəlini yükləyə və ya elə uşaqların özlərinin pul ilə rəftarından danışdığı YouTube videolarını ona göstərə bilərsiniz.
Onlar daha çox praktiki vərdişlərini artırdıqca belə məlumatlar yadda qalan olacaq. Məsələn, ərzaq mağazasına getdikdə, internetdə onlayn alış-veriş etdikdə, bank və ya bankomatdan pul çıxartdıqda. Bütün bunların hamısı valideynlərin öyrətmək məqamında istifadə edəcəyi gündəlik reallıqlardır.
Valideynlərdən biri isə deyir ki, onların uşaqları bütün əməliyyatları qeyd etmək üçün Spendee proqramından istifadə edirər. Gələcək ay pul almamışdan öncə onu bank ilə kordinasiya etmələri (BAĞLI DEYİL) lazım olacaq.
Bir çox valideynlərin istifadə etdiyi isə Greenlight proqramıdır. Onlar valideynlər tərəfindən idarə edilən uşaqlar üçün debet kartı hazırlayırlar. Eyniadlı tətbiqin köməyi ilə valideynlər onlara ev işlərində kömək edən uşaqlarının hesabına pul köçürə bilirlər. Bundan sonra isə uşaqlar vəsaitləri istədikləri qaydada istifadə edə bilərlər.
Davam edəcək.