İKT sektorunda qabaqcıl televiziya və optik internet xidmətləri provayderi “Caspian Telecom” MMC (“Ailə TV”) vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan şanlı ordumuza dəstək olmaq məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 manat miqdarında vəsait köçürmüşdür.


Ailə TV qəhrəmancasına aparılan bu mübariz haqq savaşında hər bir ailəni həmrəy olmağa rəşadətli ordumuzun yanında olmağa dəvət edir. Ailə NET fiber-optik internet xidmətinin istifadəçilərinin də hərbi vəziyyət ilə əlaqədar xidmətin göstərilməsində yarana biləcək məhdudiyyətləri səbr və anlayışla qarşılayacağına inanırıq. Hər-kəs üzərinə düşən bu məsuliyyəti dərk edib bir-birimizə maddi və mənəvi dayaq olmalıyıq.


Allah ordumuzu qorusun! Qarabağ Azərbaycandır!