Avantajix.com pandemiyadan öncəki araşdırmasını yeniləyib. Təxminən minə yaxın qadın üzvünə onlayn və ya fiziki alış-verişdən sonra peşmanlıq hiss edib-etmədiyini soruşub.
İlk araşdırmada hər 10 qadından 4-ü bu suala bəli cavabını verib. Pandemiya dövründə aparılan son araşdırmada isə bu nisbətin yarı-yarı azalaraq 10 qadından 2-yə gerilədiyi müşahidə edilib. Peşmanlıq hiss edilən alış-verişlərdə ilk sıranı 30% ilə kredit kartının hesab kəsim tarixindən həmən sonra çıxılan alış-verişlər alır.
İkinci sırada 18%-lik bir nisbət ilə, kredit kartında böyük miqdarda bir taksitin sona çatmasından sonra edilən ilk alış-veriş yer alır. Sadəcə ucuz olduğuna görə alınan və sonradan peşmanlıq hiss edilən alış-verişlərin nisbəti isə 15%-dir.
Pandemiya öncəsi hər üç qadından biri peşmanlıq hiss etdiyi alış-verişi can sıxıntsından dolayı çıxdığı alış-verişlərdə etdiklərini deyib. Son araşdırmada isə bu faiz 13% geriləyib. Satıcının israrından sonra ehtiyacı olmayan məhsulu alıb, sonra peşman olanların faizi isə 10-dur. Qadın qadına çıxılan ticarət mərkəzləri və mağaza gəzintiləri nəticəsindən alınan market alış-verişləri də qalan 14%-ü əhatə edir.
Onlayn alış-verişdə nisbət daha da aşağıdır
Araşdırmada suallara cavab verən qadınların sadəcə 10%-i onlayn alış-verişdə ehtiyac duyulmayan bir məhsulu aldıqlarını deyir.
Peşmanlıq duyulan onlayn alış-verişlər ağırlıqlı olaraq, can sıxıntısından dolayı virtual mağazalarda atılan turlar, endirim faizinin cəlbediciliyi, fürsət saytlarında təqdim edilən məhsul və xidməti qaçırmamaq istəyindən dolayı qaynaqlanır.
Avantajix.com-un həmtəsisçisi Güçlü Kayral, pandemiyada alış-verişdə keçirlən vaxtın azalması, sadəcə ehtiyaca yönəlik alış-verişlərin artması, peşmanlıq duyulan alış-verişlərin sayında azalmağa səbəb olub.
Kayral, satıcı təzyiqi, ya da dost tövsiyəsi ilə olmadığından dolayı da onlayn alış-verişlərin daha şüurlu olduğunu vurğulayır.