Bütün qızlar üçün deyirlər ki, onlar kosmetik məhsullara daha çox pul xərcləyirlər. Bəs, gözəllik məhsullarına necə daha az pul xərcləmək olar?. Bu yazımızda, bəzi yollardan danışdıq. Əgər, sizin də belə tövsiyələriniz varsa, məqalənin şərh bölməsində bizimlə paylaşın, daha çox qadınlarımız faydalansın.


1. Daha büdcəli analoqunu alın



Gözəllik sənayesi belə bir mif yaradır ki, daha keyfiyyətli məhsulu, ancaq lüks seqmentdə tapmaq olar. Eləcə də bəzi rəng tonları isə bahalı brendlərin limitli məhsul xəttindən almaq olar. Əslində isə, bir çox markanın məhsulları lüks məhsullardan heç də pis deyil. Bundan əlavə, böyük kosmetika şirkətləri isə bütün bazar seqmentlərini fərqli məhsullar ilə əhatə edir. Məsələn, bahalı Lancome və daha büdcəli Garnier – bu yenə də eyni L’Oréal-dır.


2. Testerlərdən istifadə etməkdən çəkinməyin



İstənilən böyük mağazalarda maraqlandığınız məhsulun sizə tam uyğun olduğunu yoxlamaq və onun işıqda necə göründüyünü görmək üçün testerlərdən istifadə edə bilərsiniz. Ancaq testerlərdən istifadə bununla məhdudlaşmır, belə ki, onlar ilə kosmetik çantanızdakı məhsulların sayını şaxələndirə bilərsiniz. Burada yanlış nəsə yoxdur. Qərb ölkələrində kosmetik şirkətləri testerləri belə insanlara pulsuz paylayır. Bəzi ölkələrdə isə testerlər ilə gözəllik qutularını doldurub, satırlar. Ancaq nəzərə alsaq ki, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasının ikinci dalğası müşahidə edilir, belə testerlərdən hələlik sağlamlığımız naminə istifadə etməməkdə fayda var.


3. Kosmetik məhsulları düzgün formada saxlayın



Məhsulun qablaşdırılmasının üzərindəki son tarixə baxın və çalışın həmin tarixə qədər məhsulu istifadə edib bitərsiniz. Ancaq kosmetik məhsulların ömrünü uzatmaq da olar, məsələn, onları hamam otağında və ya pəncərənin yanında saxlamağınız və qapaqlarının tam bağlamağınız kifayətdir.


4. Məhsuldan ehtiyacınız olduğu qədər istifadə edin



Məsələn, əgər şampundan istifadə ediriksə, yaxşı olar ki, onun ölçüsü ovuc içi qədər olsun. Və nə qədər gözəllik məhsullarına ehtiyacınız olduğunu öyrənin və daha sonra alış edin.


5. Məhsuldan son damlasına qədər istifadə edin



Əgər məhsulun içində qalıbsa, onu plastik qabların içinə tökün. Məhsulun içində qalan son damlaları almaq üçün qablaşdırmanı kəsə də bilərsiniz.