Trump Tower Donald Tramp-ın reputasiyasına görə, Nyu-York şəhərində populyar olmayan premium-klass yaşayış binalarından birinə çevrilib.


Bloomberg nəşrinin yazdığına görə, son vaxtlar Trump Tower-dakı mənzillər tez-tez öz sahiblərini dəyişir və mənzillərin əksəriyyəti zərərlə satılır. Binada evi olan bir çox mənzil sahibi evini aldığından 20% daha aşağı qiymətə satıb. Müqayisə üçün agentlik PropertyShark saytına istinadən xəbər verir ki, təkcə Manhattan-da mənzillərin yalnız 0,23%-i zərərlə satışa çıxarılıb. Burada ofis icarəsi götürmək də olduqca çətindir. Trump Tower-də isə 12 800 kv metr boşdur, eləcə də burdakı qiymətlər şəhərdəki digər yaşayış binaları ilə müqayisədə aşağıdır.


17 dəfə çox boş yer var


Agentlik yazır ki, Trump Tower-dəki boş yerlərin sayı son yeddi il ərzindən 1%-dən 17%-ə qədər yüksəlib. Bu isə Manhattandakı ortalamanın iki qatı deməkdir. CoStar Group ticari əmlak şirkətinin sabiq analitiki Edvard Son Bloomberg-ə deyib ki, əgər bir ofis axtarışına başlasaydım, Trump Tower-in üstündən ötüb keçərdim.


Bloomberg Trump Organization-dəki hesabata istinadən xəbər verir ki, son illərdə isə Trump Tower-ın xalis mənfəəti 10 milyon dollara qədər böyüyüb. Lakin belə bir böyük artım isə Tramp-ın seçki kampaniyasını idarə edən komitə ilə əlaqələndirilir. Agentliyin dövlət orqanlarının rəsmi məlumatlarına istinadən yazdığına görə, komitə son iki ildə qüllədə kirayə üçün 890 000 dollardan çox pul xərcləyib.


Mueller hesabatından qala


Agentlik qeyd edir ki, qüllənin adının Donald Tramp-ın familiyasını daşıması, Nyu-York-da yaşayan liberial şəhər sakinlərinin mənfi rəyinə səbəb olub.


Əvvəllər Trump Tower Maykl Cekson, Conni Karson, Stiven Spilberq kimi məşhurların tez-tez ziyarət etdiyi yer olaraq bilinirdi. Ancaq prokuror Robert Mueller özünün hesabatında yazır ki, indi amerikalılar üçün qüllə sadəcə Trampın öz komandası ilə rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüş yeridir.


Bloomberg nəşri yazır ki, təhlükəsizliyin daha da gücləndirilməsi nəticəsində qüllə sanki qalaya bənzəyir. Bina beton sədlərlə əhatə olunub, iki əsas giriş isə qismən bloklanıb. Prezidentin populyarlığının aşağı olması, onun biznesinin də enməsinə səbəb olub. Tramp-ın Nyu-York-dakı qolf sahəsinə də çox az adam gəlir. Amerika daxilində isə orta təbəqəyə xitab edən otellər şəbəkəsi tikmək isə görünür, Trampın hədəfləri sırasında deyil.


“Hər halda Trump Organization-dəki maliyyə vəziyyətinin necə olması ilə bağlı dəqiq informasiyanı paylaşmayacağıq. Ancaq təkcə qüllədəki olan vəziyyət hər şeyi aydın göstərir”, - deyə Bloomberg yazır. Təkcə, daşınmaz əmlak hesabatları, mühasibat uçotu və sənaye mənbələri ilə görüşü nəzərdən keçirmək kifayətdir.


Şəlalə ilə göydələn


Trump Tower, 1983-cü ildə Nyu-York-un Mərkəzi Parkından bir atış məsafəsində inşa edilib. Memarlığının ən yaddaqalan detalları çəhrayı İtalyan mərmər bəzəkləri və təxminən 18 metr ölçülü bir şəlalədir. Qala Amerikanın əsas ofis sahələrindən biri olan Manhattan Plaza ərazisindədir. Trump-ın NBC-də yayımlanan The Apprentice realiti şousu Trump Tower-də lentə alınıb. Qalanın tikintisinə nəzarət edən Barbara Res deyir: “Bu əsl turizm tələsidir”. Onun sözlərinə görə, inşaatdan dərhal sonra Tramp qüllədən mənzil almaq üçün məşhurlar ilə görüşdü”. “Köhnə moda bir bina, ancaq hörmətə layiqdir”, - Res deyib.