Dünya İqtisadi Forumunun (WEF) yayımladığı hesabatdakı təxminlərə görə, 2025-ci ildən bütün iş yerlərindəki vəzifələrin yarısı maşınlar tərəfindən icra ediləcək və bu vəziyyət bərabərsizliyi daha da dərinləşdirəcək.


Facemark.az xəbər verir ki, WEF robot inqilabının dünya miqyasında 97 milyon iş yeri yaradacağını, ancaq ən az bir o qədər də insanlar üçün iş yerini yox edəcəyini, bəzi cəmiyyətləri risk altına alacağını deyib.


WEF-yə görə, məlumatların işlənməsi, ya da biznes sahəsindəki rutin və əllə görülən işlər ən böyük avtomatlaşdırma təhlükəsi altındadır. Ancaq WEF, texniki xidmət, böyük məlumat və yaşıl iqtisadiyyat sahələrində yeni məşğulluq sahələrinin ortaya çıxacağını da söyləyir.


Təşkilatın araşdırmaları, 8 milyon insanın çalışdığı dünyanın 300 ən böyük şirkətini araşdıraraq aparılıb.