facemark.az ölkəmizdə virusa yoluxma sayında artımı nəzərə alaraq evinizdə dezinfeksiya etməli olduğunuz ilk əşyalar haqqında məqalə hazırlayıb.
Smartfon
Ev, iş, küçədə siz davamlı olaraq smartfonunuza toxunursunuz. Bəlkə də elə bu yazını smartfondan oxuyursunuz. Tədqiqatlar göstərib ki, telefonun üzərində unitaz qapağı ilə müqayisədə daha çox bakteriya və virus vardır. Bütün qaydalara əməl edərək, əllərinizi yusanız da, smartfona toxunan kimi bütün səyləriniz hədər gedəcək. Buna görə də smartfonu dezinfeksiya etməlisiniz. Və çalışmalısınız ki, bunu mümkün qədər ən qısa zamanda edəsiniz. Alimlər spirt və su ilə nəmləndirilmiş salfetdən istifadə etməyi məsləhət görürlər.
Klaviatura
Çox güman ki, klaviaturaya da mütəmadi olaraq toxunursunuz. Onlar da virus və bakteriya ilə örtülə bilər. Xüsusilə də kompüterinizdən tək siz istifadə etmirsinizsə. Klaviaturanın spirt ilə nəmləndirilmiş salfetin daxil olmasına çətinlik yaradan xeyli sayda arakəsmələri vardır. Bizim təlimatlarımızı nəzərə alaraq, klaviaturanı ən doğru şəkildə dezinfeksiya edin. Əsas isə kompüter yanılı olan zaman bu əməliyyatı yerinə yetirməyin. Qırıntıları və tozu yüksək təzyiqli hava ilə təmizləyə bilərsiniz. Ancaq normal bir dezinfeksiyadan söhbət gedirsə, 70%-lik izopropil spirtindən istifadə etmək olar. Bunun üçün parçanı bu məhlul ilə nəmləndirməlisiniz. Ancaq əmin olun ki, klaviaturanın içərisinə məhlul daxil olmayıb.
Qapı dəstəyi və “rozetka”
Əvvəllər qapının dəstəyinə toxunmağı sevməyən insanlara gülürdük. Ancaq indi başa düşürük ki, onlar bütün bu vaxt ərzində doğru yolda idilər. Miçiqan Universitetinin Epidemiologiya üzrə professoru Cozef Ayzenberqin sözlərinə görə, çirkli bir qapı dəstəyinə, şkaf qapısına və “rozetka”ya toxunaraq virusa yoluxma şansı daha çoxdur. Tualet və hamamdakı qapı qollarını ilk olaraq dezinfeksiya edən nəmləndirilmiş salfetlər ilə təmizəyin. Çünki küçədən qayıtdıqdan sonra, ilk olaraq bura daxil oluruq.
Tualetdə sifon düyməsi
Tualetdəki sifon düyməsi ailə üzvlərinin hər gün əllərini yumamışdan öncə istifadə etdiyi yerlərdən biridir. Riskə getməyin, bu yeri də dezinfeksiya edin.
Eləcə də bura kran dəstəyi, yastıqlar və yumşaq oyuncaqlar, iş masası, televizor və oyun “pultu daxildir.