Anlıq düşüncələri paylaşmaq üçün söhbəti başlatmağa köməkçi olan Twitter-in Fleets – hekayələr, stories funksiyası artıq əlçatandır.


Facemark.az xəbər verir ki, sadəcə 24 saat yayımda qalan yeni funksiyanı artıq Twitter-in azərbaycanlı istifadəçiləri istifadə etməyə başlayıb, foto və video paylaşımlar ediblər.


İstifadəçilər ilə yanaşı, rəsmi Twitter səhifələri də yeni funksiyadan yararlanıb. Amma görünür ki, yenilik ən çox da izləyiciləri ilə fərqli məcralarda kommunikasiya qurmaq istəyən media qurumları üçün daha da faydalı olacaq.


Qeyd edək ki, daha öncəki xəbərimizdə sosial platformanın yeni funksiyanı işə salacağı ilə bağlı məlumatı paylaşmışdıq. Bildirək ki, Fleets ilə paylaşılan postlar xəbər axınına düşmür və yuxarıda da qeyd etdiyimiz kimi 24 saatdan sonra yoxa çıxır ona görə də istifadəçilər rahatlıqla şəxsi, gündəlik düşüncə, fikir və duyğularını paylaşırlar.


Fleets – hekayələr, stories paylaşmaq üçün isə platformanın sol küncündəki dairəvi yerə klik etmək və istədiyiniz postu seçib yükləmək lazımdır, funksiya eyni ilə digər sosial məcralarda tanış olduğumuz kimidir.