Ölkələrin virusa qarşı sərt tədbirləri onun yayılmasının qarşısını almayacaq. Belə ki, virus dünyanın hər-hansı bir nöqtəsində olduğu müddətcə onun yeni sağalmaya başlayan cəmiyyətlərə nüfuz etmək riski böyükdür. Beləliklə, hadisələrin gələcək inkişafı ilə bağlı 3 ssenari mövcuddur. Bunlardan birincisi daha az ehtimal ediləndir, digəri son dərəcə təhlükəlidir, bir digər ssenari isə pandemiyanın daha uzun çəkə biləcəyi kimi görünür.
DAHA AZ EHTİMALI OLAN SSENARİ
Bütün ölkələr eyni anda virusa qalib gələcəklər. Necə ki, bunu 2003-cü ildə tipik pnevmaniyaya (SARS virusunun səbəb olduğu) qarşı etmişdilər. Ancaq hazırda koronavirusun ikinci dalğasının baş qaldırdığını və geniş yayılmağa başladığını, eləcə də ölkələrin virusla zəif mübarizə apardığını nəzərə aldıqda, virusun sinxron idarəedilməsi şansı bir o qədər azalır. Ona görə də bu daha az ehtimal olan ssenari kimi dəyərləndirilir.
SON DƏRƏCƏ TƏHLÜKƏLİ BİR SSENARRİ
Yeni virus yaxın tarixdəki viruslar kimi hərəkət edir, dünyanı gəzir, zəif bir immunitetə malik olan insanı ələ keçirir, eləcə də bununla da kifayətlənməyib, sağlam immunitetlərə də keçir. Ancaq SARS‑CoV‑2 influenzadan (pandemiyanın digər bir növüdür) daha tez yayılma tezliyinə malikdir. Ölkələrin yeni cəhdləri isə milyonlarla insanın ölümünə və səhiyyə sisteminin məhvinə gətirib çıxaracaqdır.
SON DƏRƏCƏ UZUN MÜDDƏT DAVAM EDƏCƏK SSENARİ
Bütün ölkələr virusa qarşı vaksin hazırlayana qədər pandemiya ilə mübarizə aparacaqlar. Bu ən yaxşı variant olsa da, daha çətin və eyni zamanda virus tam yox olana qədər uzun müddət davam edəcək. Birincisi isə, bu peyvəndin istehsalından asılıdır. Bu sadə qrip pandemiyası olsa idi, onunla mübarizə aparmaq daha asan olardı. Belə ki, artıq dünyada qrip peyvəndləri hazırlamaq təcrübəsi mövcuddur və hər il belə vaksinlər istehsal edilir. Koronavirusa qarşı isə hələ də bir vaksin olmadığından alimlər onu sıfırdan yaratmalıdırlar. Bundan öncəki qrip pandemiyası isə sadəcə yüngül xəstəliklərə səbəb olurdu. İlkin ehtimallara görə, isə koronaviusa qarşı vaksin 12-18 ay içərisində hazırlanacaq, daha sonra mərhələli şəkildə bütün dünyaya paylanılacaq. Ona görə də, koronavirus bir neçə il həyatımızın bir parçası olaraq qalmağa davam edəcək. Mövcud sosial məsafə tədbirləri nəticə verərsə, bu halda bütün dünya normal həyata qayıda biləcək. İnsanlar yenidən ofisləri, restoranları, universitetləri ziyarət edə biləcəklər. Ancaq insanlar qaydalara əməl etməsə, virus yenə geri qayıdacaq. Bu isə o deməkdir ki, bütün insanlardan 2022-ci ilə qədər təcrid vəziyyətində qalmaları lazımdır. Mütəxəssislər isə deyir ki, insanlar bir çox özünütəcrid dövrlərinə indidən hazır olmalıdırlar.