facemark.az məşhur virusoloq, Amerikanın Səhiyyə İnstitutunun təqdiqatçısı, təkamül və hesablama biologiyası üzrə tanınmış mütəxəssis Evgeni Kuninin MÜSAHİBƏSİNİ təqdim edir. O, müsahibəsi çərçivəsində deyib ki, 200 000 SARS-CoV-2 genomununu analiz etdikdən sonra, hazırda virus yavaş-yavaş mutasiyaya məruz qalsa da, çox sürətli bir şəkildə yayılmağı öyrənib. Virusoloqun sözlərinə görə, insanlıq kollektiv immunitetin inkişaf etdirilməsini gözləməməlidirlər.


1. İnsanları narahat edən sual, koronavirus ilə bağlı vaksin işləyəcəkmi?


Koronavirus ilə bağlı hazırlanacaq vaksinlər COVID-19-un özündən də güclü immunitet yarada bilər. Bəli, bu ehtimal bu gün paradoksal görünür, ancaq mümkündür.


2. Koronavirus pandemiyası ilə bağlı vəziyyət hazırda nə yerdədir?


O çox sürətli bir şəkildə yayılmağı öyrənib.


3. Kollektiv immunitetin yaratmağa çalışan İsveçlilər görünür, səhv çıxdılar?


Bəli, mənzərə onu göstərir ki, onlar yanıldılar. Amma İsveçdə realda olanları daha ciddi bir şəkildə analiz etmək lazımdır. Onlar ölkələrində karantin qaydalarının olmadığını elan etdilər. Ancaq digər ölkələrə görə özlərini koronavirusa qarşı daha pis müdafiə etdilər. Hətta onlar belə bir zarafat da etdilər ki, İsveçdə vətəndaşlar arasında sosial məsafə 1,5 metr deyil, 5 metrdir.



4. Koronavirusa qarşı yaradılan karantin tədbirləri, ümumilikdə işləyir?


Bəli, karantin ilə bağlı modellər bunu birmənalı şəkildə göstərir. Karantin tədbirləri əslində infeksiyanın yayılmasının qarşısını alır.


5. Hamını maraqlandıran sual, koronavirus epidemiyası nə zaman başa çatacaq?


Koronavirusun nə zaman başa çatacağı ilə bağlı konkret bir ssenari yoxdur, düşünürəm ki, bu istiqamətdə proqnoz inkişaf etdirilə bilməz. Çünki hazırda virus ilə bağlı qeyri-müəyyənliklər olduqca çoxdur. Əgər koronavirus ilə bağlı bir vaksin yaradılsa, o halda epidemiya növbəti ilin sonunda başa çata bilər. Bunu proqnoz etmək üçün isə mütəxəssis olmağa ehtiyac yoxdur.