2020-ci il çoxumuzun daim xatırlayacağı bir il oldu. Ancaq əminik ki, elə bir çoxumuz da bu ili unutmaq istəyir. Covid-19 pandemiyası gündəlik həyatı alt-üst etdi, bir çox insanın həyatı virusdan dolayı sona çatdı, beləcə bir çox aspektləri ilə son 12 ayın nəticələri hafizələrdən yoxa çıxmaqdadır. Məsələn, Avstraliyadakı meşə yanğınlarını yada salın. Yanvar ayında ölkəni viran qoyan, 15,9 milyon hektar meşə sahəsini məhv edən yanğın dünyanın hər yerində ən çox danışılan xəbər oldu.
Əgər bu baş verən hadisədən birbaşa olaraq təsir almadınızsa, əmin edirəm ki, yaxın zamanda bu cür hadisələri artıq unudacaqsınız. Yenə Avstraliyadakı meşə yanğınlarına qayıdaq. Bəlkə də unutmaq üzrəsiniz. 2020-ci ildə dünya bizə pandemiya, Corc Floydun öldürülməsi və onun ardından yaşanan hadisələr bəxş etdi. Eləcə də Moria qaçqın düşərgəsində baş verən meşə yanğını, Amerikada seçicilərin yeni prezidenti seçməsi üçün amansız mübarizəsi və s. də bura aiddir. Statista.com-un data jurnalisti deyir ki, hər halda amerikalılar 2021-ci ildə yeni prezidentin sağlığına bir tost qaldıra biləcəklər.
Gəlin, 2020-ci ildəki hadisələrə və onun rəqəmlər ilə olan nəticələrinə nəzər salaq:
*İlin son ayında qlobalda müşahidə edilən covid-19 hallarının sayı 86 000
*Avstraliyada meşə yanğınları - 15,9 milyon hektar meşə sahəsi yanıb kül oldu
*2019-cu ilə nisbətən 2020-ci ildə hava trafiki qəza sayında 65,9% azalma
* Yardım paketi - 2 milyon dollar. ABŞ hökuməti covid-19 ilə bağlı olaraq yardım qanun layihəsini imzaladı
* Wirecard skandalı - 1,9 milyard avro “yox oldu”
*Corc Flyod hadisəsi - ABŞ-dakı 1 milyon qaradərilidən 34-ü polis zorakılığından öldü
*Həcc ziyarəti - Bu il Məkkədə həcc ziyarətinə 1000 nəfər zəvvar getdi
*Belarusda seçkilər - Seçki müşahidəçiləri tərəfindən yalnız 4 avqustda tapılan seçki sayı 2000
*Moria qaçqın düşərgəsində yanğın - Yanğından sonra 11 000 qaçqın öz sığıncağını itirir
*Berlin yeni hava limanının açılması üçün 14 il 2 ay inşaat işləri tələb edilir
*ABŞ-da prezident seçkiləri - 7 milyon marjla prezident seçkilərində Joe Biden Donald Trump üzərində qələbə qazanır
*Tətil mövsümü - Amerikalıların 56%-i 2021-ci ildə daha yaxşı il üçün şampan və ya köpüklü şərabla tost (qədəh qaldıracaqlar) edəcəklər.