Keçən həftə gözəl bir qadınla tanış oldum. O, insanların dolu olduğu bir otağa daxil oldu və mənə dedi: “Yalnız sizə görə burdayam. Aylardır sizi izləyirəm, kitablarınızı və bloqlarınızı oxuyuram. Sizinlə tanış olmağım lazım idi. Buraya gəlmək üçün 1 saat avtomobil idarə etmişəm. Sizinlə danışa bilərəm?”. Daha sonra bu qadın məni nahara dəvət etdi. Subay və belə bir təklifə meyilli olsaydım, hər halda qadının təklifini münasibətə başlamaq kimi qəbul edəcəkdim. Əgər işdə olmasaydım, yada başıma gələcək alt mətnləri oxuya bilsəydim, yəqin ki, bu yada qadının (stalker-ın) davranışlarından narahat ola, qorxmağa başlaya bilərdim. Mən onu pozitiv stalker hərəkətinə görə təriflədim, pozitiv stalker sözünü isə 12 ay əvvəl başıma belə bir hadisə gəlməmişdən öncə fikirləşmişdim. Daha sonra qadın ondan qorxmadığım və narahat olmadığım üçün gülümsədi.


Əgər görünməz bir qayanın altında yaşamırsansa, eləcə də sosial medianı görünməz mode-da istifadə etmirsənsə, yəqin ki, işlərin kiminsə diqqətini cəlb edəcək. Bəlkə bu bir anlıq olacaq, amma hər halda olacaq. Düşünürəm ki, bu heç də pis bir hal deyil. Əgər tanınmayacağıqsa, işlərimizi insanlar bilməyəcəklərsə, o halda bu həyatda niyə yaşayırıq ki?


Stalking özünün ənənəvi mənasında, doğrudan da narahatedicidir. Bu ifadə məktəb həyətlərində və küçələrində insanları izləyən çirkli görünüşə sahib olan insanları xatırladır. Əlbəttə ki, heç kim oflayn dünyada stalker kimi görünmək istəməz. Ancaq müasir dövrdə isə insanlar stalker ifadəsindən müsbət bir mənada – bir-birilərini tərifləmək üçün istifadə edirlər. Kimsə sizi stalk-layırsa, bu o deməkdir ki, başqaları üçün sənin həyatın və fəaliyyətin maraqlıdır. Onlayn dünya, xüsusilə də sosial media “stalking” - təqib ifadəsinin başqa bir məna ehtiva etdiyinin altını çizirdi. Evin pəncərələrindən küçədəki insanları izlədiyiniz kimi stalking də onlayn məcrada eynilə oxşar mənaya gəlir.


Sosial media üzərindən foto və düşüncələrimi paylaşan zaman mənim niyyətim köməyimə ehtiyacı olan və mənimlə rezonansa girən insanları cəlb etməkdir. İdeal müştərilərim haqqında isə düşünürəm ki, onlar məni izləyəcəklər, mənimlə ünsiyyətə can atacaqlar və məni stalk-layacaqlar.


Bütün niyyətlərim və məqsədlərim üçün isə insanları mənim biznes səhifəmi və qruplardakı fəaliyyətimi stalk etmək üçün təşviq edirəm. Məsələn, sosial media marketinqinin də məqsədi elə budur ki, məhsul və xidmətlərinizi satacağınız düşündüyünüz şəxslər ilə qarşılıqlı əlaqəyə keçəsiniz.


Eyni məsələ bloqlar üçün də keçərlidir. Xüsusilə başqalarına (stalkers) öz bilik və təcrübələrimi paylaşmaq, onlara nələri bildiyimi göstərmək və empatiya qurmaq üçün yazıram. Oxucularımın özlərini mənim hekayələrimdə eşitmələri və görmələrini istəyirəm.


“KONTENT MARKETİNQ STALKİNG ÜÇÜN ANA YOLDUR”.


Məsələn, maraqlı kontent yaratmaqla, özünüz haqqında başqaları tərəfindən maraq yaradırsınız. Bu yolla, əslində insanları öz dünyanıza dəvət edirsiniz. Onlara sanki deyirsiniz ki, məni izləyin və mənim fəaliyyətimə baxın.


İndi bunun positive bir stalking olduğunu deyə bilərik? Razısınızmı? Yaxşı bir səbəbdən dolayı onlar size stalking edirlər. Heç bir zərərin olmadığı stalking, əksinə sizə fayda verəcək.


Düşüncələrim bu mövzuda kifayət qədər aydındır. Ancaq yenə də mənə maraqlıdır ki, başqaları onlaynda stalking və pozitiv stalking deyəndə nəyi nəzərdə tuturlar. İşlərindən başqa, özləri haqqında danışmağı sevməyən və qorxan o qədər insan tanıyıram ki.. Fikirləşirəm ki, onların da mənim fikirlərimə qarşı əks fikirləri mütləq ki, vardır.


Kimə sizə SATLKER desə bundan narahat olarsınızmı? İnsanları onlaynda stalk-ladığınız üçün özünüzü stalker olaraq görürsünüzmü? Kimsə sizi stalking etdiyini desə, nə hiss edərsiniz, məmnun olarsınız, yoxsa necə?


Şərhlərinizi aşağıdakı rəy bölümündən yazın. Fikirlərinizi bilmək istərdim.


Yazını maraqlı hesab edirsənsə, bəyənməyi və paylaşmağı unutmayaq.



Müəllif Co Conson