facemark.az HARVARD BUSİNESS REVIEW nəşri üzərindən pullu abunə alıb. Ordakı qapalı yazıları oxucularımız ilə bölüşürük.


Pandemiya zamanı məhdudiyyətlər ilə necə mübarizə aparılması barədə çox məqalə yazılıb. Bəs, pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra, liderlər özlərini və komandalarını uğurlu vəziyyətə adaptasiya etmək üçün nə etməlidirlər? Bu suala cavab vermək üçün Çinin Uhan şəhərində aprel ayında özünütəcrid ləğv edildikdən cəmi 3 həftə sonra 350-dən çox əməkdaş ilə söhbətləşdik. Respondentlərin böyük əksəriyyəti deyib ki, özünütəcrid dövrü başladıqdan sonra, iş yerləri bağlandı, işəgötürənlər isə çalışırdılar ki, ən qısa zamanda adi ritmlərinə geri dönsünlər. Buna görə də virusun yenidən yayılmaması üçün əllərindən gələni etdilər və buna maraqlı oldular. Sorğumuzda respondetlərin özlərini və komandalarını yenidən işə qayıtmaq üçün hazırlandıqlarına diqqət yetirdik.


Daha öncə mövzu ilə bağlı yayımlanan araşdırmalar psixoloji hazırlığın vacib olduğunu ön plana çəkirdi. Buna görə də tədqiqatımızda iştirak edən iştirakçılardan ofisə geri qayıtmağa hazırlıq ilə bağlı nələr etdiklərini (və etmədikləri) ilə bağlı maraqlandıq. Bundan əlavə anket çərçivəsində respondentlərə menecerlərin işçilərin sağlamlıq vəziyətlərini (maska taxırlarmı və digər qaydalara əməl edirlərmi) nəzərə alıb-almadıqlarını, onların özlərinin təhlükəsizlik protokollarına ciddi riayət edib-etməmələrini sorğu-sual etdik. Təxminən 1 ay sonra da bir anket apardıq. Orada işçilərin loyallıq və məhsuldarlığını ölçmək qərarına gəldik, eləcə də maraqlı idi ki, çalışanlar ilə rəhbərlik arasında hansı model daha çox faydalı olub. Müşahidə etdik ki, işçilər psixi cəhətdən işə qayıtmağa hazır olduqlarında məhduldarlıqları daha çox olur. Eləcə də bura rəhbərliyin işçilərin sağlamlıq və təhlükəsizliyinə dair fəaliyyəti də onların işə daha məhsuldar qayıtmalarına kömək olub. Əlbəttə, bu yuxarıda sadaladığımız amillər pandemiya bitdikdən sonra, vacib deyil. Burada, həmçinin, şirkətin uğuru rəhbərlik və çalışanlardan çox asılıdır.


Bəs, siz belə çətin vəziyyətlərdə özünüzü və komandanızı necə dəstəkləyirsiniz?


Əgər bir çalışansanız işə geri qayıtmaq üçün zaman ayırın


Birincisi, qəbul edin ki, özünütəcrid bir çox insanın işinə mənfi təsir göstərib. Hər zamanki rejiminizə dönmək üçün, fasilə vermədən işlərinizə fokuslanmağa çalışmayın. Əvvəlki araşdırmalar göstərir ki, travmatik və hər kəsin həyatına təsir edən hadisələrdən sonra, işçilər əvvəlki diqqətlərini işə fokuslamaqda çətinlik çəkirlər. Onlara əvvəlki rutinlərinə qayıtmaq üçün zaman lazımdır. Məhsuldarlığı artırmaq üçün işçi təkcə fiziki deyil, zehni də hazırlıqlı olmalıdır. Anket çərçivəsində belə bir qənaətə gəldik ki, görüşlər vasitəsilə işçilərin karyera yoluna yenidən nəzər salmalı, nəzərdə tutulan hədəflərə görə, prioritetləri müəyyənləşdirmək, uzun və qısamüddətli dövr üçün nəzərdə tutulan işləri müəyyən etmək lazımdır. Adi bir hərəkətlər sizi idmana hazırlayacağı kimi, sadə psixoloji hazırlıqlar ofisə geri qayıdan zaman işə fokuslanmağınıza kömək ola bilər.


Lidersəniz, iş yerinizin təhlükəsizliyini daim nəzarətdə saxlayın


İşə qayıdan işçilər ikinci və üçüncü pandemiya dalğasının mümkün olacağını düşünürlər. Hesab edirlər ki, sosial məsafə tədbirləri yerinə yetirilsə də iş yerində olmaq yenə də risklidir.


Öz sağlamlığı və şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıqlar, əlbəttə ki, işçilərin məhsuldarlığını aşağı sala bilər. Doğrudur, liderlər bu problemi birbaşa olaraq həll edə bilmirlər. Ancaq apardığımız araşdırmalar göstərir ki, təhlükəsizlik ilə bağlı tələbkar olmaq və əllərindən gələni etmələri işçilərin bu yöndə qayğılarını minimallaşdıra bilər. Birincisi, menecerlər hər kəsin sağlamlıq standartlarını başa düşdüklərini və onlara riayət etmələrini təmin etməlidir. Təşkilatınızda bir qayda olaraq maska taxılmalı, hər gün işçilərin temperaturu yoxlanılmalıdır. Bu tövsiyələrə əməl etməyənlərə isə yumşaq bir üslubda bu təhlükəsizlik tədbirlərinin vacibliyini xatırlatmaq lazımdır. İkincisi, liderlər əmin olmalıdır ki, bütün əməkdaşlar bu qaydalara əməl edirlər. Bunun üçün ofisdə dezinfeksiyaedici və fərdi qoruyucu vasitələrin mövcudluğunu təmin etmək lazımdır. Bu sahibkarların səlahiyyətindən kənar olsa da, qoruyucu məhsulların tədarükü, onlardan istifadənin yoxlanılması həyata keçirilməlidir. Bu uzunüddətli perspektivdə sizə faydalı addımlar olacaq.


Üçüncüsü, pandemiya olduqca dəyişkən olduğundan, təşkilatlar və hətta ayrı-ayrı liderlər yerli səhiyyə idarəsi tərəfindən müəyyən edilmiş minimum sağlamlıq standartları və qaydalarından kənara çıxaraq təhlükəsizliyə ciddi yanaşma nümayiş etdirə bilərlər. Ancaq ən vacibi çalışanların sağlamlıq və təhlükəsizliyi liderlərin sadəcə sözündə deyil, əməlində də hiss edilməlidir. Çalışanlar liderlərin təkcə nə dediklərinə deyil, necə hərəkət etdiklərini də yaxından izləyirlər. Bu isə onlar ilə münasibətdə yaxşı bir başlanğıc ola bilər. Təbii ki, söhbət sadəcə başlanğıcdan gedir. Araşdırma göstərib ki, əgər bir lider verdiyi söz və hərəkətləri yerinə yetirmirsə, digər çalışanlar da eyni formada hərəkət edirlər. Məsələn, müəssisəyə gələn bir qonaq şirkətin ümumi qaydalarına riayət etmirsə, ofis çalışanı bu haqda menecerə məlumat verə bilər. Ola bilər ki, bu qərar müştərinin ziyanına belə olsun. Əgər menecer ofis çalışanının sözlərinə fikir vermirsə, bu halda onda belə bir təəssürat yarana bilər ki, liderin fikirləşdiyi təkcə mənfəətdir. Onu çalışanların sağlamlıq və təhlükəsizliyi heç də narahat etmir. Liderlər özlərinin qoyduqları tələblərə əməl etmədikdə, bu işçilərdə sağlamlıqları ilə bağlı stressi daha da artırır və lider ilə çalışanlar arasındakı loyallıq daha da azalır.


Araşdırmalar göstərir ki, liderlərin belə davranışı eyni zamanda işçilərin stress səviyyəsini artırmaq ilə yanaşı, onların məhsuldarlıqlarının da azalmasına gətirib çıxara bilər.


Bildirək ki, yuxarıda qeyd etdiklərimiz koronavirusun ilk olaraq yayılmağa başladığı Çinin Uhan şəhərində aparılan araşdırmadır. Onların virus ilə bağlı apardıqları fəaliyyət qismən digər ölkə və regionlarda da tətbiq edilə bilər.