facemark.az-ın Digital inteqrasiya şirkəti Origami Solutions-un CEO-su Şahpur İbrahimov ilə “Azərbaycanda digital sektoru” ilə bağlı olan - MÜSAHİBƏSİ
- 2021-ci ilə yenicə keçid etmişik. Hələ 2020-ci ilin sonlarına doğru bir çox sektorlara dair proqnozlar verilir. Bu sahədə baş verənləri yaxından izləyən və analiz edən biri kimi bütün proqnozları ümumiləşdirsək 2021-ci ildə dünyada və ölkəmizdə digital sektorun mənzərəsi və gələcəyi necə görünür?
Məncə “Tələbatın təxirə salınmış” effekti tam bitəndən sonra artım baş tutacaq, sonra isə böhran. Bu MDB ölkələrinə aiddir. Ümumi danışsaq digital marketinq sektoru qlobal bazara çıxmağa cəhd edəcək. Çünkü lokal bazarların həcmi azalır, rəqabət isə artır.
Biz Bakıda oturub internet vasitəsi ilə MDB ölkələrində digital marketing xidmətlərimizə müştəri tapırıq. Bununla kifayətlənmirik. Müxtəlif sahələrdə onlayn kursların satışlarını təşkil edirik. Qlobal bazara daxil olmaq bu qədər asan olmamışdı.
Bizim fikrimizcə, 2021-ci ildə - Stop Motion formatında videolar, Instagram maskalar (Augmented reality), messenger daxili satışlar, digital marketing-in avtomatlaşdırılması və çat-botlar inkişaf edəcək.
Kanal səviyyəsində isə - TikTok və Telegram istifadəçilərinin sayı kəskin artacaq. YouTube-a isə daha yaşlı nəsil daxil olacaq.
- Ölkəmizdə pandemiyadan dolayı bir çox sektorlar oflayndan onlayna keçid etdi. Bəs pos-pandemiyadan sonra sosial şəbəkələrin satış kanalı kimi gələcəyi necə görünür?
Sosial şəbəkələrdə şirkətlərin hesablarına daxil olan müraciətlərin sayı sözsüz artacaq. Amma tam avtonom satış kanalına çevrilməsinə 2-3 il qalıb. Bunun üçün, messenger daxili ödənişlər və çat-bot inkişaf etməlidir. Müştəri şirkətin sosial şəbəkələrdə olan hesabına daxil olur, satıcı ilə əlaqə qurur, məhsul seçir, ödəniş edir. Prosesin belə getməsi üçün zaman tələb olunur. Hazırda sosial şəbəkələr sayta və ya satış şöbəsinə traffik yönəldir.
- Azərbaycanda digital reklam bazarında qiymətin formalaşmasına hansı amillər təsir edir?
Xidmətdən və məqsədlərdən asılıdır. “Social Media”da rəqiblərin qiymətlərini nəzərə alırıq, “Satış tunneli” xidmətində zatən rəqibimiz yoxdur. “Marketing avtomatlaşdırılmasında” və “SEO”-da görülən işlərin həcmindən, “Lead Generation” qiymət demək olar ki, önəmli deyil. Əsas bazarın potensialıdır.
- Şahpur bəy, pandemiya dövründə qazanan və itirənlər kimlər oldu? Böhrandan sonrakı optimistlik haqqında danışmaq olarmı?
Biz qazandıq 2020-ci il bizim üçün çox uğurlu il oldu. Sahə üzrə onlayn təhsil, əyləncə, çatdırılma və əlbəttə ki, rəqib üstünlüyü olan onlayn mağazalar pandemiyadan qazandılar. Böhrandan sonra mütləq artım olacaq. Çox güman ki, böhran MDB ölkələrində pandemiyadan sonra başlayacaq.
- Ekspertlər deyirdilər ki, pandemiyada ən qorxulu qərarlardan biri bazara yeni bir məhsulun çıxarılması ola bilər, çünki alıcı onsuz da ona tanış olan, dadından, keyfiyyətindən məmnun qaldığını alacaq. Sizcə, bu fikir doğrudurmu?
Məncə sahədən asılıdır. Qidada ola bilsin doğrudur. Biz bu sektorda çalışmırıq. Amma digər sahələrdə əksinə, yeni məhsulların satışları artdı. Pandemiya insanların davranış qaydalarını dəyişdi. İnsanlarda məhsulu araşdırmaq üçün daha çox vaxtı yarandı. Məhsulun rəqib üstünlüyü varsa, pandemiya əksinə ona kömək oldu. Çünkü bazara daxil olma mərhələsinin müddətini azaltdı.
- Artıq bir çox ölkələrdə iri texnologiya şirkətlərinə (Google, Amazon, Microsoft) qarşı monopolist iddia və araşdırmaları aparılır. Sonuncu belə bir iddia Alibaba şirkətinə qarşı idi. Əgər bir gün belə şirkətlərin parçalanması prosesi baş tutsa, kiçik texnologiya şirkətlərinin də önü açılacaqmı? Və nə baş verə bilər?
Belə iddialar illərdi var və çox güman ki, olacaq. Təbii yolla böyüyən və monopolistə çevrilən şirkətlərin süni yolla parçalanması mümkün deyil. Mümkün olsa belə, onun yerinə gələn kiçik şirkət müəyyən zamandan sonra yenə monopoliya quracaq. Bu kapitalizimdir. Bu normaldır. Böyük şirkətlər kiçik şirkətləri qanun çərçivəsində böyüməyə qoymursa, bu artıq qanunvericiliyin problemidir.
- Azərbaycanda bir çox digitalçıya reklam vermək üçün əsas platformalar Instagram, Facebook məqsədəuyğun hesab edilir. Amma TikTok, Telegram kimi şəbəkələrin də çox sürətlə böyüdüyünü müşahidə edirik. Sizcə, reklamverənlərin bu kimi platformalara keçidi ölkəmizdə baş tutacaqmı?
Məncə, 2021-ci ildə proses başlanacaq. Amma böyük büdcələrin axını 1-2 ildən sonra başlayacaq. Bazarda bütün yeni yaranmış kanallar 3 mərhələdən keçir. Birinci mərhələdə ciddiyə almırlar, ikinci mərhələdə – iri həcmdə diqqət və büdcə gedir, üçüncü mərhələdə isə – büdcələr ixtisara düşür. Hazırda TikTok və Telegram birinci mərhələnin sonundadır.
- Azərbaycanda ən yaxşı digitalçı var? və bazarda ən yaxşı olmaq üçün nə etmək lazımdır?
Əminəm ki, var və çoxdur. İlkin ağlıma gələnlər - agentliklərdən Marcom, Fil Agency, Endorphin, şəxslərdən isə Müzəffər Qaraxanlı. Yaxşı olmaq üçün təcrübə və yatırım lazımdır. Təcrübə olmasa, yatırım kömək etmir, təcrübə olub yatırım olmasa, inkişaf etmək çətin olacaq.
Müsahibə suallarını cavablandırdığınız üçün təşəkkür edirəm!