Telegram, Vkontakte kimi məşhur platformaların yaradıcısı olan Pavel Durov haqqında Forbes-in maraqlı faktlarını bir araya gətirdik.


- Şəxsi sərvətinin həcmi 3,4 milyard dollardır. Forbes-in milyarderlər siyahısında 565-ci (2020-ci ilə olan məlumat-red.) adamdır.


- Pavel Durov bütün dünyada 300 milyondan çox istifadəçisi olan Telegram Messenger platformasının qurucusudur və əksər aktivinin sahibidir.


- Durov Telegramı istifadə üçün pulsuz hala gətirib. Facebook şirkətinə daxil olan anlıq mesajlaşma xidməti olan WhatsApp ilə rəqabət edir.


- Durov Rusiyanın Zukerberqi hesab edilir, çünki Vkontakte, Telegram kimi Rusiyanın ən böyük sosial şəbəkələrini yaradıb.


- O, 22 yaşı olan zaman Vkontakte-ni yaradıb, 2015-ci ildə sosial şəbəkədəki 12%-lik aktivini təxminən 300 milyon dollara satıb.


- 2018-ci ildə Pavel kiçik qardaşı Nikolay Durov ilə birlikdə Telegram əsaslı, blokçeyn sistemi olan TON-u qurmaq üçün investorlardan 1,7 milyard dollar topladı.


- 2 övladı var, subaydır, 36 yaşındadır, Rusiya vətəndaşıdır. BƏƏ Dubayda yaşayır.


- Sankt-Peterburq Dövlət Universitetinin elmi magistrıdır.


- Durov Rusiyadan Dubay şəhərinə ölkənin gizli xidmətləri ilə əməkdaşlıqdan imtina etdiyinə, eləcə də Vkontakte istifadəçilərinin şifrəli məlumatlarını verməkdən imtina etdiyinə görə gedib.


- 2018-ci ildə şəxsi sərvətinin həcmi, Forbes nəşrinə görə, 1,7 milyard dollar, 2019-cu ildə 2,7 milyard dollar, 2020-ci ildə isə yuxarıda da qeyd etdiyimiz kimi 3,4 milyard dollar olub.


- Pavel Durov: “Bir qurum, nəzarətsiz bir şəkildə özəl kommunikasiyaları izləməyə başlayar başlamaz, onlar qıza zamanda üçüncü şəxslərin – rüşvətxorların, hakerlərin, digər ölkə casuslarının əlinə keçir”.