“Microsoft” şirkəti 1987-ci ildən istifadə etdiyi loqotipini dəyişərək rəsmi bloqunda yenisini təqdim edib.
Yeni loqotip şirkətin Segoe şriftilə yığılmış adı və firma nişanının qrafik formasından ibarətdir. Nişan narıncı, yaşıl, mavi və sarı rəngli 4 kiçik kvadratdan ibarət kvadrat şəklindədir. Segoe şrifti və kvadrat şəkilli “canlı plitkalar” Metro interfeysinin əlaməti hesab olunur ki, onlardan Microsoft-un əsas məhsullarında (Windows 8 və Windows Phone əməliyyat sistemləri, Office paketi və Xbox Live xidməti) istifadə olunur.
Qeyd edək ki, şirkətin əvvəlki loqotipi Skott Beykerin hazırladığı kursivlə yığılmış Helvetica şriftində “Microsoft” sözü idi. Yeni loqotip 1975-ci ildən fəaliyyət göstərən şirkətin tarixində sayca 5-cidir.