Unilever qlobal mediapartnyor axtarışına hazırlaşır.


Facemark.az xəbər verir ki, Campaign-ın məlumatına görə, tender ilin ən böyük hadisələrindən biri olacaq.


Mənbənin nəşrə bildirdiyinə görə, prosess FMCG nəhənginin təmsil olunduğu bütün əsas bazarlara təsir edəcək.


Ancaq yeni həmlənin Çin bazarından yan keçəcəyi gözlənilir, çünki orada mediaagentlik keçən yazda dəyişdirilib. WPP Unilever hesabını rəqibi Omnicom-dan alıb.


Korporasiyanın sözçüsü isə bazarda yayılan fərziyyələri şərh etməkdən çəkinib, eləcə də planlaşdırılan tender haqqında informasiyanı da təsdiq etməyib.


AdAge nəşrinin qlobal reklamverənlərin reytinqində Unilever 8,1 milyard dollar büdcə ilə beşinci sırada qərarlaşıb.


Hesabata görə, 2019-cu ildə Unilever satışların 22%-ni Avropa, 32%-ni Amerika, qalan regionlar isə 46%-ni (Sakitokean sahili, Afrika, Yaxın Şərq) təşkil edib.


Hazırda isə Unilever-in brendlərindən olan Dove, Axe, Knorr, Lipton, müvafiq olaraq WPP (Mindshare), Omnicom (PHD) və Interpublic (Initiative) agentlikləri ilə əməkdaşlıq edir.