Britaniyanın geyim və kosmetika üzrə onlayn-mağaza şirkəti Asos brendi, Topshop, Topman, Miss Selfridge və HIIT-ni ana şirkəti Arcadia Group-dan satın alıb.


Facemark.az xəbər verir ki, bu haqda riteylerin məlumatında deyilib.


Müqavilənin dəyəri 265 milyon funtdur və pullar bütövlüklə nağd şəkildə ödəniləcək.


Satınalma, satın alınan şirkətlərin Asos-un əsas müştəri bazası ilə yaxşı rezonans doğuran güclü markalar olması ilə əlaqədardır. Pərakəndəçi, onlayn platformanın təşviqi təcrübəsi sayəsində qlobal bazarda inkişaf etməkdə olan markalar üzərində işləməyi planlaşdırır.


Asos-un baş icraçı direktoru (CEO) Nik Beyton isə deyib ki, Britaniya brendlərinin əldə edilməsi, onun multibrend platformasının inkişafını daha tez sürətləndirməyə kömək edəcək.


“Biz şirkətləri onlayn tanıtmaqda ön sıradayıq və dizayn, marketinq, texnologiya və loqistik təcrübəmizə əsaslanaraq bu sahədə böyüməyə davam edəcəyik və regiondakı əsas strateji pərakəndə tərəfdaşlarımızla sıx əməkdaşlıq edəcəyik”, - deyib.


Razılaşma Arcadia Group-un 2020-ci ilin dekabrında iflas prosedurunu başlatması ilə başlayıb. O sırada Asos, ingilis şirkətinin aktivlərini satın alınmasında əsas rəqib halına gəldi.