Sosial şəbəkə şübhəli hesab olunan kontenti xüsusi banner ilə işarələyəcək.
TikTok-da etibarlı olmayan və qeyri-dəqiq məlumatları müəyyən etməyə kömək olan yeni funksiya yaranıb.
Facemark.az-ın məlumatına görə, şəbəkənin press-relizində yazılıb ki, istifadəçi şübhəli hesab olunan çarxa baxdığı zaman, etibarlı olmayan kontent olduğuna dair banner ilə xəbərdarlıq alacaq.
TikTok-da yayımlanan məlumatlar, adətən xüsusi xidmət orqanları tərəfindən yoxlanılır, əgər feyk məlumatlar olarsa video dərhal platformadan çıxarılır.
İstifadəçi çarxın həqiqiliyini müəyyən etməkdə çətinlik çəkərsə, bu halda banner ilə xəbərdarlıq alacaq. Videoya yalnız xəbərdarlıq bannerini oxuduqdan sonra, baxmaq mümkün olacaq.
Bu cür videonun müəllifi isə çarxda bannerin görünməsinə dair bildiriş alacaq. İstifadəçi belə bir videonu paylaşmağa qərar verdikdə isə xəbərdarlıq alacaq.
Funksiyanın test edilməsi zamanı məlum olub ki, belə postlara layk sayı 7%, repost sayı isə 24% azalıb. Funksiya artıq ABŞ və Kanadada əlçatandır. Bir neçə həftədən sonra, digər ölkələrdə də əlçatan olacaq.
Qeyd edək ki, TikTok 2020-ci ildə dünyada ən popular tətbiq olub. Platformanı yükləyənlərin sayı 130 milyarddan çox olub. Rusiyada da tətbiq ən çox yüklənənlər arasında lider olub.
Əlavə etmək yerinə düşər ki, kompaniya sentyabrda məzmunun monitorinqi üzrə işlərə başlayıb. 2020-ci ilin ilk 6 ayında TikTok-da 100 milyondan çox video silinib. Buna səbəb isə silinən videoların özündə təhlükəni ehtiva etməsi, zorakılığı nümayiş etdirməsi və qanunsuz fəaliyyəti yayması olub.