Digital yayım platformaları pandemiyanın yaratdığı vərdişlər ilə “qızıl dövrünü” yaşayır. Belə vəziyyətdə ard-arda yeni oyunçular iddialı şəkildə bazara daxil olurlar. Netflix, Blue TV, TV+, Amazon Prime, Tivibu, Puhu TV, Bein Connect, Vodafone TV, FilmBox və Acun Ilıcalının yeni layihəsi Exxen və yerli məzmunu ilə Gain onların sırasındadır. Alternativlərin artması nəticəsində rəqabət daha da çoxalır, eyni zamanda keyfiyyət də yüksəlir.
Facemark.az-ın məlumatına görə, Maketinq Türkiye jurnalı üçün “Xsights araşdırma” “Digital yayım platformaları” adlı yeni analizini dərc edib.
Araşdırmanın nəticələrinə, əsasən, Netflixə, həm çox baxılır, həm burada keyfiyyətli kontent tapmaq olur, həm də platformanın istifadəsi olduqca funksionaldır.
İstehlakçıların seçiminə təsir edən başlıca amil isə yenə də keyfiyyətli kontentdir. Yəni, tamaşaçıların mövsümdə yer alan yeni kontentlərə görə, seçimlərimdə dəyişiklik etmələri bir anlıqdır. Həftədə 14 saat vaxt ayrılan, digital yayım platformalarına sədaqət də bütövdür. Araşdırmaya görə, izləyicilər abunəliklərini davamlı olaraq fərqli platformalar vasitəsilə yeniləyirlər.
Keyfiyyətli kontentə üstünlük verilməsinin əsas səbəblər
Araşdırmada iştirak edən 500 nəfərin, demək olar ki, hamısı digital yayım platformalarına üzvdürlər. Digital platformaları seçim səbəblərindən biri 73% ilə yaxşı kontentdir, eləcə də istədikləri məzmunu, istədikləri saatda izləmələri də seçimlər arasında olub. Daha az reklamın olmasına görə, bu cür platformalara abunə olanların faizi isə 55-dir. Araşdırmada iştirak edən respondentlərin yarısının iki fərqli platformada abunəliyi var.
İstifadəçilərin 80%-i Netflix-in kontentinə üstünlük verir. Turkcell TV-nin kontentini bəyənənlərin faizi isə 6-dır. Digital yayım platformaları funksionallığına görə sıralanması isə belə olub: 77% ilə Netflix, 6% ilə Turkcell TV və 5% ilə Tivibu.
Qeyd etmək yerinə düşər ki, araşdırma 2021-ci il, 9-12 yanvar tarixlərini əhatə edib.