Müştərilərimizdən biri öz həyat yoldaşı üçün biznes yaratmaq istəyirdi. Qərara gəldi ki, gözəllik salonu açsın.
Tapşırıq: Minimal bir büdcə ilə gözəllik salonunun tanıtımını etmək
Həll yolu: Müxtəlif istiqamətlər üzrə xidmətlər təklif edən və iki solaryuma sahib gözəllik salonu açmaq
Gözəllik ustası ixtisası üzrə oxuyan texnikum və ya institut ilə əməkdaşlıq edin. Oradakı bacarıqlı tələblərə əlverişli şərtlər ilə əməkdaşlıq təklif edin. Qızlar broşuralar paylayacaq və gözəllik xidmətləri müştərilər üçün pulsuz olacaq.
Solaryuma bir dəfə üçün nəzərdə tutulmuş, pulsuz ziyarət ilə broşuraları çap edin. Bu pulsuz təklifdən faydalanmaq üçün isə administrasiyaya zəng etmək və münasib bir vaxtı qeyd etmək lazım olacaq.
Gözəllik salonun olduğu 5 km radiusda, fərqli müxəssisələrdə (kafe, restoran, bar, fitness-klub, mağaza və s. ) broşuraların paylanmasını təmin edin.
Bu tapşırıq icra ediləndən sonra, isə işçi heyəti ilə müştəri xidmətləri barəsində söhbət təşkil etmək lazım olacaq. Müştərinin diqqət mərkəzində olması vacibdir. Məsələn, solaryuma pulsuz gələn müştərilər üçün “kral xidməti” də təklif edilə bilər.
Nəticədə insanların salona axını böyük olacaq. Onlar iki kateqoriyaya bölünəcəklər.
Kateqoriya №1. Müştərilər istənilən xidmət aldıqdan sonra yaxşı mənada narahat olacaqlar və digər prosedurları pullu etmək istəyəcəklər.
Kateqoriya №2. Bir qrup müştərilər düşünəcəklər ki, siz axmaqsınız. Bu tip müştərilər sizin haqqınızda hər kəsə danışacaqlar. Bunun sayəsində sizin haqqınızda ağızdan-ağıza danışacaqlar və pulsuz reklam əldə edəcəksiniz. Burada etməli olduğunuz isə №2 kateqoriyasında olan insanları №1-yə çevirməkdir.
Bonus: Bütün gələn insanlar müştəri bazasına daxil oldular.
İndi onsuz da bir çox gözəllik salonu bu üsuldan istifadə edirlər və reklama pul xərcləmədən uğur əldə edirlər. Eyni metodu öz biznesiniz üçün də istifadə edə bilərsiniz.