Facebook Yaxın Şərq, Türkiyə, Afrika icraçı direktoru Derya Matraş.


Derya Özkaya Matraş 2015-ci ilin dekabrından Facebook-un Türkiyədəki ölkə direktoru, 2020-ci ilin yanvar ayından isə Yaxın Şərq, Türkiyə, Afrika üzrə icraçı direktor vəzifəsində çalışır.


O, 2015-2020-ci illərdə Türkiyədə ölkə üzrə direktor olduğu zamanlarda marka və agentliklərin şirkətin məhsullarını (Facebook, Instagram və digər şirkət məhsullarını) ən yaxşı şəkildə istifadə etmək məqsədilə yaradılan komandaya rəhbərlik edirdi.


Matraş bakalavr təhsilini Boğaziçi Universitetində elektrik-elektronika mühədisliyi bölümü üzrə bitirib. “Columbia Business School”da isə MBA dərəcəsi alıb. Daha öncə Oliver Whyman, McKinsey & Company kimi beynəlxalq şirkətlərdə çalışıb.


Derya xanım Facebook-da çalışmamışdan öncə Doğan Holding-də işləyib. Elə həmin holdinqin pərakəndə, əyləncə, təhsil qrupundan məsul vitse-prezidenti olub.


Matraş Türkiyə üzrə ölkə direktoru olduğu zamanda deyirdi, “Facebook-da bizim tez-tez istifadə etdiyimiz bir söz var, biz bu səyahətin sadəcə 1%-ni tamamlamışıq”.


Derya Özkaya Matraşın Türkiyədəki ölkə direktorluğu da daxil olmaqla, hazırda Yaxın Şərq, Türkiyə, Afrika icraçı direktor vəzifələrini də hesablasaq Facebookda 5 ildən çox iş təcrübəsi var.


Matraş, Fırat Dirikin vəzifəsindən ayrılmasından sonra, Türkiyə üzrə ölkə direktoru olub. O, 4 ildən çox ölkə direktoru olduğu işində London ofisində vəzifəsini icra edib.