Məqalənin əvvəli BURADA


3. Dəstək şəbəkələrinizi ön plana çıxararaq komandanızı gücləndirin


Çalışanlar işlədikləri təşkilat tərəfindən dəstəklənmədiklərini hiss etdiklərinə görə, özlərini ön plana çıxara bilmirlər. Tək bir şəxsin dəstəyi belə kifayətdir. Dəstək şəbəkəsi nə qədər böyükdürsə, o qədər yaxşıdır. Xüsusilə də cəmiyyət tərəfindən təcrid edilən qruplar üçün. İdarəçilər bütün çalışanlara sistemli geridönüş və dəstək təmin etməyə bilər. Amma komanda üzvlərini səmimiyyət qurmaları, iş dostlarına dəstək olmaları və ya kiçik qruplar adına cəsarətləndirməlidirlər. VP, Head of Marketing EDGE GSK, Meredith Herman deyir ki, real vaxtda geri bildirim karyera üçün çox vacibdir. Təşkilatlarda sadəcə idarəçilərdən deyil, çalışma dostlarından da davamlı bir konstruktiv kömək ala bilərlər. Nestlé-nin qlobal marketinq üzrə rəhbəri Aude Gandon də oxşar nəsihətlər verib: “Ətrafınızdakı insanlar ilə danışın. Bu özünüzdən şübhə duyduğunuzda güvən yenilənməsini təmin edə bilər”.


4. Dinləmə seansları təşkil edin


2020-ci ildə Ford idarəçiləri, çeşidli səbəblərdən dolayı cəmiyyət tərəfindən təcrid edilən çalışanlar ilə şirkət daxilində dinləmə seansları təşkil edir. Qulağa bəsit gəlir, amma böyük bir fərq yaratdı. Ford Motor Company, IT & Build Director, Design, Rekha Wunnava, “Top menecerlərin çoxu dinləmə seansları təşkil etdi” dedi. “Etdiyimiz insayt inanılmazdır. Artıq bu şəxslər daha öncə heç olmadığı qədər görüldüklərini və eşidildiklərini hiss edirlər”. Seanslar epidemiyanın cəmiyyətdəki bərabərsizlikəri daha da pisləşdirdiyini görən, Ford Senior Manager of Global Diversity, Equity and Inclusion Amal Berry tərəfindən təşkil edildi. Bu seanslar, məlumat paylaşmaq və narahatlığa səbəb olan problemlər məsələsində bağlantı qurmaq üçün rəhbərlər və çalışanlar arasında 2 həftədə bir təşkil edilən iclaslara çevrildi.


5. Mükafatlara müraciət edin


Komandanıza ilham verməyin və onları motivə etməyin mükəmməl bir yolunumu axtarırsınız? Omnicom Media Qrupun Avstraliya üzrə CEO-su Peter Horgan, çalışanları mükafatlara müraciət etmələri üçün cəsarətləndirin deyir.


Sözlerine, “Şirkətdə vacib rol alan şəxsləri ön plana çıxarın və ticari bir rəqabətə keçmələri üçün onları cəsarətləndirin deyir. Şirkətin xaricində bu təsdiqlənmə haqq edən işçinin diqqət çəkməsinə və komandanın geri qalanı üçün ilham mənbəyi olmağı təmin edə bilər.


Mənbə: Think with Google