Noyabrın 24-də amerikalı yazıçı, psixoloq, pedaqoq Deil Karneqinin anadan olmasının 132-ci illiyi qeyd olunacaq. İndi ona daha çox motivasiya koçu deyilir. Çünki, onun həyatı effektivlik eliminin öyrənilməsi, konfliktsiz münasibət və özünüinkişaf etdirməyə həsr edilib.
Deil Karneqi uğurlu bir natiq olaraq insanları necə sevəbiləcəyiniz, onları necə qazanbiləcəyiniz ilə bağlı çox satan bir çox kitabı geridə qoyub.
Audiokitab xidməti olan Storytel ilə əməkdaşlıq edərək, onun kitabından ən çox effektiv tövsiyələrini bir araya gətirdik.
1.Qarşılığında heç bir şey tələb etmədən insanları sevin
“Bu dünyada sevgi qazanmağın tək bir yolu var, sevgi tələb etməyi dayandırmaq və qarşılığından heç bir şey tələb etmədən sevgi verməkdir”
Deil Karneqi Orta Qərbi Amerikada fermer ailəsində dünyaya gəlib. Pedaqoji kolleci orada təhsil ödənişsiz olduğu üçün Missuridə alıb. Xristan dinində qonşuya sevgi konsepsiyasının tərəfdarı olub. Onun fədakar sevgi ilə bağlı ideyalarına insanlar ilə konfliktsiz münasibət, mülayimlik, mehribanlıq, ruhun fədakarlığı, şiddətə qarşı müqavimət göstərməməyi tələb edir.
Karneqi düşmənlərdən intiqam almaq əvəzinə, həyatınızı pis düşüncələr ilə zəhərləməmək üçün sadəcə onlar haqqında düşünməməyi tövsiyə edir. Karneqi yazır ki, heç vaxt düşünmənləriniz ilə hesablaşmağa çalışmayın, bu ilk növbədə onlardan daha çox sizə zərər verəcək. Karneqi yazır ki, özünüzü general Eyzenhauer kimi aparın, düşmənləriniz haqqında bir anlıq belə düşünməyin.
2. Pozitiv düşünün və optimizm nümayiş etdirin
“Onsuz da xoşbəxt olduğunuzu nümayiş etdirin və doğrudan da xoşbəxt olacaqsınız”.
Deil Karneqi özünün kitablarında pozitiv psixologiyanı ötürür. Onun istiqaməti isə motivasiya kultu və bir insanın özünün davamlı inkişaf etdirməsidir.
O, özünün dostları qazanmaq və insanları necə təsir altına almaq olar kitabında özünəəmin insanın portretini cızır: “O, öz nikbinliyi ilə ətrafdakıları yükləyə bilir və buna görə başqaları üçün cəlbedicidir”.
Cavanlığında Armour&Company-də çalışan və donuz yağı, sabun satmaqla məşğul olan Deil potensial müştərilərinə özünü səhvsiz olduğuna inandırdı. Karneqi potensial müştərilərinin mövqeyini öyrənərək, öz səhvləri üzərində çalışdı. Məhz bunun sayəsində o kütləvi natiqlik sənətini inkişaf etdirməyi bacardı. Deil, eyni zamanda Amerika gülüşünü yaratması ilə də bilinir. Psixoloq deyir ki, bir qadının üzündəki ifadə onun geyimindən çox daha vacibdir. Koko Şanel isə deyir ki, bir qadın gözəl bir ayaqqabı ilə heç vaxt çirkin görünməyə bilər. Ancaq bu məsələni indi müzakirə etməyəcəyik. Anton Çexov isə deyir ki, bir insanda, həm üz, həm geyim, həm ruh, həm də fikirlər gözəl olmalıdır. Siz nə düşünürsünüz?
Fikirlərinizi bizimlə bölüşün.
DAVAMI NÖVBƏTİ MƏQALƏDƏ