UtilityAr
UtilitAr dərman, ictimai xidmət kimi sektorlarda çalışan şəxslərə artırılmış reallıq (AR) əlavəsi ilə həllər təklif edir. Çalışanların işlərini daha sürətlə etməyinə dəstək olmaq məqsədilə yaradılıb. Ağıllı eynək vasitəsilə çalışanların kamera, səsli göstərişlərlə yönləndirməsinə kömək olur. Həmçinin Covid-19 dövrünə özəl Remote Advisor adlı məhsul hazırlayıb. Bu məhsulun köməyi ilə uzaqdan çalışan əməkdaşlar AR eynəklərdən istifadə edərək bir-biriləri ilə daha məhsuldar çalışırlar.
Manna.Aero
Məhsul Covid-19 zamanı olduqca maraqla qarşılanıb. Özəl olaraq hazırlanan drone texnologiyası ilə dərman, qida və digər ehtiyacları qısa zaman kəsiyində sahiblərinə çatdırır. Əczanə, restoran, market sifarişləri qəbul edir. Manna.Aero ən qısa vaxtda ehtiyacları qarşılamağı hədəfləyir. Manna.Aero, 80 metr yüksəklikdə, 80 km-dən çox sürətlə 2 km sahədə üç dəqiqdən qısa vaxtda çatdırılmaları reallaşdırır.
Health Beacon
Health Beacon dərmanların istifadəsi üçün ağıllı texnologiyalar inkişaf etdirir. Evdə müalicə alan xəstələrin ehtiyaclarına görə özəlləşdirdiyi bir digital proqram təklif edir. Startap-a görə modern həyat tərzi rutinlər yaratmağa mane olur və çətinləşdirir. Yeni həlləri ilə müalicə vaxtı xatırlatma və dərman qəbulu izləmə kimi xidmətlər təklif edir. Xəstələrə şəxsi qulluq xalı və müalicələri sırasında izləmə məqsədilə bir interfeys təklif edir. Bunu klinikalar ilə birlikdə edir.
Çox zaman texnologiya şirkətlərinin Avropa ofisi İrlandiyada yerləşir. Bu ölkə startap ekosistemində sürətlə böyüyən bir struktura malikdir. E-learining, Fintech, IoT, e-ticarət kimi sahələrdə onlarla startap yaradıb. Yaxın zamanda isə İrlandiyanın adını startap ekosistemində daha çox eşidəcəyik.