Elektron istehsalçısının yanvarda aldığı Alphonso-nun adını dəyişdirərək LG Ads edib.

Facemark.az xəbər verir ki, şirkətin saytında verilən məlumata görə, bu yaxınlarda LG Electronics tərəfindən alınan Alphonso media sayğacı ana brendə keçid edib.

LG Ads, Connected TV envanteri ilə maraqlanan reklamverənlər üçün tək giriş nöqtəsidir. Platforma markaların və agentliklərin ağıllı TV-lərdə reklam vermələrini, kampaniyanın effektivliyini müxtəlif ölçülü ekranlarda ölçməyə və tanıtıma xərclənən pulları optimallaşdırmağa kömək olur.


LG Ads özünün üstünlüyünü fərqli məlumat bazasının olması ilə əlaqələndirir. Onların arasında LG, Sharp, Hisense, Toshiba, Seiki, Skyworth, Tivo, Sling Media da var. 2021-ci ildə siyahıya daha 10 mənbə əlavə ediləcək.

Belə bir üstünlük, həm dar, həm də əhatəli auditoriya ilə işləməyi mümkün edir. Bundan əlavə, LG Ads reklamverənlərə, reklamın iş performansına təsirini ölçməyi də vəd edir.

Anoloji platformalar Roku və Samsung tərəfindən hazırlanır.
eMarketer-in araşdırmasına görə, Amerika CTV-də reklam bazarı 2020-ci ildə 8,1 milyard dollara çatacaq. Ən böyük oyunçular YouTube (1,5 milyard), Hulu (1,96 milyard) və Roku-dur. (735 milyon dollar)