Martin Luther King 15 yanvar 1929-cu ıldə ABŞ-da doğulub. 4 aprel 1968-ci ildə isə vəfat edib. Sosioloq, din xadimi, siyasi fəal olub. Şiddətə qarşı və irqi bərabərlik baxışları ilə tanınır. Mahatma Gandh-ni özünə nümunə götürürdü və son ana qədər məqsədindən geri dönmədi. 1964-cü ildə Nobel Sülh Mükafatını, Konqresin Qızıl Medalını qazandı və ölümündən 9 il sonra 1977-ci ildə ABŞ-ın keçmiş prizdenti Jimmy Carter tərəfindən Azadlıq Mükafatına layiq görüldü və onun şərəfinə “Martin Luther King” günü qeyd edilməyə başlandı.
Martin Luther King günü 1971-ci ildən etibarən ABŞ-ın şəhər və əyalətlərində tətil kimi keçirilir. Yanvar ayının üçüncü bazar ertəsi günü “Milli Martin Luther” günü elan edildi və qaradərili siyasi fəal, həm Amerika, həm də dünya tarixində iz qoyan şəxslərdən biri oldu. ABŞ-da yüzlərlə küçənin adı onun adı ilə əvəz edildi. Ölümündən beş gün sonra ABŞ prezdenti ölkədə matəm elan etdi. Təxminən 300 000 min insanın iştirakı ilə bir cənazə mərasimi təşkil edildi. 1 dəfə evlənib 4 uşağı var. King qaradərililərin seçki hüququ, ayrıseçkiliyə yol verilməməsi, işçilərin hüquqları və digər əsas mülki hüquqlar üçün yürüşlərə qatıldı və rəhbərlik etdi. Son illərdə diqqətini genişləndirərək yoxsulluq, kapitalizm və Vyetnam müharibəsinə yönləndirdi.
King 1955-ci ildə Montgomery avtobus boykotuna rəhbərlik etdi və daha sonra Cənubi Xristian Liderlik Konfransının (SCLC) ilk prezidenti oldu. Rosa Parks avtobusda ağdəriliyə yer verməyi rədd etdiyi üçün həbs olundu. Bu şəkildə üsyanlar başladı və boykot bir ildən çox davam etdi. 5 dekabr 1955-ci ildə başlayan aksiya Ali Məhkəmənin 21 dekabr 1956-ci il tarixli qərarı ilə sona çatdı. Qərara, əsasən qaradərili sərnişinlər istədikləri yerdə əyləşə bilərdi. Vaşinqton tarixinin ən izdihamlı nümayişi olan yürüşə orta hesabla 250 000 nəfər qatıldı. Martinin mübarizəsindən bəhs edən 2014-cü ildə çəkilən “Selma” filmində Azadlıq Yürüşünə daha çox diqqət yetirildi.
Martini 1961-ci ildə FBI izləməyə başladı. Çünki Martin kommunist düşüncəli insanları təhrik edə biləcəyindən qorxulurdu. Martini öldürməkdə günahlandırılan James Earl Ray-ın dövlət agentləri ilə hərəkət etdiyi iddiaları on illərlə davam etdi. Martin öldürülməsindən iki ay sonra James Early Ray İngiltərədəki bir hava limanında tutularaq ABŞ-a təhvil verildi. 10 mart 1969-cu ildə sui-qəsdi etiraf etsə də 3 gün sonra qətl etmədiyini müdafiə etdi. 99 il həbs cəzasına məhkum edilmiş Earl Ray cəzasını çəkən zaman 1998-ci ildə öldü.