Facebook xəbər lentinin fərdiləşdirilməsinin mümkünlüyü barəsində istifadəçilərinə məlumat verib.


Facemark.az xəbər verir ki, sosial şəbəkənin bloqunda verilən məlumata görə, yandakı bölmədə yerləşən yerdə təkcə xəbər lentinin alqoritmini deyil, eyni zamanda xronologiyasını tənzimləmək mümkündür.


Əvvəllər istifadəçilər xəbər lentinə xronoloji qaydada baxa bilirdilər, ancaq bunu etmək üçün tənzimləmələr bölməsinə getmək lazım idi. Ancaq indi belə bir funksiya xəbər lentinin yanında yerləşdiriləcək.



Favorites mənbələr siyahısına 30-a yaxın istifadəçini əlavə etmək mümkündür. Başqa bir yenilik isə Facebook-da heyterlərin yazdığı şərhlərin məhdudlaşdırılmasıdır. İstifadəçilər istənilməyən dostlarına qarşı məhdudlaşdırıcı addımlar ata və bu prosesə özləri nəzarət edə biləcəklər.


Qeyd edək ki, daha əvvəl Facebook-dan bildirilirdi ki, istifadəçilər stroris-dən qazana bilərlər. İstifadəçilər storieslərdə yerləşdirilən qısa video çarxlara reklam stikerləri əlavə edə biləcəklər. Nəticədə istifadəçilər onlardan qonarar əldə edəcəklər.