İşimiz bizə bir aylıq maaş çekindən çoxunu verir. İşimiz bizə tanınmışlıq, status, adiyyat, özünə hörmət qazandırır və kimliyimizin daha çox fərqinə varırıq. Araşdırmalar göstərir ki, güclü iş kimliyinə sahib olan şəxslərin, ruh sağlamlığı ilə nisbəti düz mütənasibdir.
Bəs, işinizi itirsəniz nə olar? İşdən çıxarılmaq şərtlər nə olursa olsun çətin bir dövrdür. Ancaq şəxsi kimliyiniz işiniz ilə iç-içə olduqda bu fəlakət kimi görünə bilər.
Yazarların da “Difficult Conversations” adlı kitablarında qeyd etdiyi kimi işdən çıxarılma “şəxsiyyət zəlzələsinə” səbəb ola bilər.
Prosessi ləngitmək üçün nə etməlisiniz?
- Köhnə dostlar ilə əlaqəyə keçin
İnsanlarla münasibətiniz kim olduğunuzu əks etdirir. Keçmişdəki insanlar ilə - karyeranız ərzində qarşılaşdığınız insanlar, uşaqlıq dostları, universitetdəki bir tanıdığınız ilə əlaqəyə keçmək güzgü effekti verə bilər. Bu, şəxslər siz hələ maliyyə direktoru, CEO, vəkil olmadan öncə sizi tanıyan şəxslər idi. Sizi siz etdiyini düşündüyünüz işiniz olmadan onlar sizdə bir dəyər gördülər. Onlar ilə söhbət etmək sizə öz dəyərinizi – şəxsi keyfiyyətlərinizi yenidən xatırlada bilər.
- Daha fərqli fəaliyyətlərdə iştirak edin
San Fransiskolu psixoloq Dr. Neil Talkoff deyir ki, “İşimizə daha çox invetsisiya etdikdə, həyatımızın digər sahələrindən fəda edirik. Bura şəxsi münasibətlər, hobbilər, könüllülük işləri daxildir”.
Daha fərqli fəaliyyətlər ilə məşğul olmaqla zamanınızı idarə edə, yeni əlaqələr qura, mövcud əlaqələrinizi yaxşılaşdıra, fərqli sahələrdə özünüzü sınaya bilərsiniz. Nəticədə, kimliyinizi təsvir edə bilərsiniz. Məsələn, işdən çıxan dostlarımızdan biri uşağı ilə daha çox vaxt keçirdi, yavaşlamağı və anı yaşamağı öyrəndi. Özü haqqında iş kimliyindən daha çox olan tarazlı bir baxış bucağı yaratdı.
- Gələcəkdəki halınızı xəyal edin
Kimsənin sabit bir şəxsiyyəti yoxdur, çünki münasibətlərimiz zamanla inkişaf edir. Çox az insan deyə bilər ki, 10 il öncəki halı ilə eynidir. Fokuslandığınız sahədən uzaqlaşın və özünüzə bu sualı verin: “Bundan 5 ilə 10 il sonra özümü necə biri kimi görmək istəyirəm?”. Digər hər-hansı bir hədəf kimi, başqa insanlara bu məqsədinizdən bəhs edərsəniz, ona çatma nisbətiniz daha yüksək olacaq.