Bir sual: Bir nəfər tələbə qısa bir dünyagörüş testi üçün məktəbin laboratoriyasına dəvət edilir. Tələbənin yanında bir partnyor verilir və deyilir ki, sullara doğru cavab verdikləri təqdirdə, mükafatlandırılacaqlar. Testin ortasında sualları verən şəxs bir bəhanə ilə otaqdan ayrılır və partnyor və tələbəyə deyir ki, masanın üzərindəki zərfdə sualların cavabları ola bilər. Faydalansınlar. Fərz edin ki, tələbənin bu təklifə verdiyi cavabı eşitmədiniz. Daha sonra tələbələrə sualları verən şəxs olmadıqda, onlara köçürüb-köçürmədikləri soruşulur. Bu sualı verən siz olsaydınız, qarşınızdakı tələbənin yalan deyib-demədiyini necə başa düşərdiniz? Vücud dili bir insanın həqiqi hiss və düşüncələrini başa düşməkdə bizə necə kömək ola bilər?



Bəs, tanımadığınız bir insan haqqında hökm verərkən nəyə diqqət edirsiniz? Deyək ki, qarşınızda günahkar kimi rəftar edən biri var, “sırf günahkar kimi rəftar etməsi” onu gözünüzdə həqiqətən günahkar edirmi?


İnsanların həqiqətən nə düşündüklərini necə başa düşə bilərik?


İnsanların, amma xüsusilə də tanımadığımızların həqiqi niyyətini başa düşmək üçün bir sıra yol var.


Yaxınını itirən məyus birindən yas tutmağını, haqsız yerə günahlandırılan birindən isə günahsızlığına kölgə düşürəcək hər-hansı bir hərəkət etməməsini gözləyirik.


Tanıdığınız birinin məyusluğuna gülərək cavab versəniz, onu sevmədiyiniz hesab edilir. Dostunuzun ölümü ilə nəticələn bir hadisədə polisə çağrılmısınız. O əsnada ayaqlarınızı ayaqlarınızın üstünə qoyub, sevgilinizi öpərsəniz, elə başa düşüləcək ki, yaşanan dramda payınız var. Onun həyatda olmamağı sizi heç maraqlandırmır.


Malcolm Gladwell, yeni kitabı “Ötekiyle Konuşmak”da tanımadığınız insanlar ilə söhbət edərkən etdiyiniz xətalara işıq tutur. Yazıçı insanlar arasındakı münasibətlərdə fərqli bir yanaşmanın olduğunu ortaya qoyur.


İnsan münasibətlərinə dair baxış bucağını dərinləşdirmək istəyən hər kəsin “Ötekiyle Konuşmak”dan öyrənəcəyi çox şey var.


“Ötekiyle Konuşmak” kitabını BURADAN ala bilərsiniz.