Dünyanın bir sıra ölkələrində “TikTok” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.
facemark.az-ın məlumatına görə, “Report” xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən “Downdetector” xidmətinin saytı bildirib.
Məlumata görə, nasazlıqlar ABŞ-ın şərq sahili üzrə yaşayış məntəqələrində yerli vaxtla saat 10:37-də müşahidə edilməyə başlanıb. Problemlərdən ən çox ABŞ, Böyük Britaniya, Almaniya və Fransa istifadəçiləri şikayət edirlər.
Amerika istifadəçilərinin 74 faizi videolara baxışda problemlərin olduğunu, 18 faiz istifadəçi öz hesabına girə bilmədiyini, daha 7 faiz istifadəçi isə sosial şəbəkədə faylları paylaşa bilmədiyini bildirir.
2018-ci ilin ortalarında fəaliyyətə başlamış Çinin “TikTok” sosial şəbəkəsi videoçarxlar yükləməyə imkan verir. Bu sosial şəbəkə populyarlığına görə yalnız Facebook və Instagram-dan geri qalır.