Ən böyük aksion eBay seksual xarakterli məhsulların satışına qadağa qoyur.


Facemark.az-ın məlumatına görə, The Verge nəşrinin yazdığına, əsasən, məhdudiyyət film və seriallara da təsir edəcək, məsələn, “Taxt Oyunları” və s. Ancaq istisnalar var, məsələn, jurnallar.


Böyüklər üçün məhsullar kateqoriyası 15 iyundan etibarən əlçatan olmayacaq. İstifadəçilər artıq belə məhsullar paylaşa bilməyəcək. Mövcud elanlar isə məhdudiyyət tətbiq ediləcəyi gün silinəcək.


eBay-in yeni siyasətinə, əsasən, o kişi və qadınların həssas yerlərini nümayiş etdirən məhsulları da mağazadan qaldıracaq. Eləcə də belə rəsimlər parça üzərində təsvir olunsa, mağaza onun satışını dayandıracaq.


Ancaq bu qadağanı eBay, Playboy, Penthouse, Playgirl və Mayfair kimi jurnallara şamil etməyəcək. Eləcə də qapalı qutuda yerləşdirilən məhsulların da satışına icazə veriləcək.