Keçən il Instagram yeni funksiya - “Bələdçi” ilə qarşımıza çıxdı.
Facemark.az-ın məlumatına görə, bu funksiya sayəsində onlayn alış-veriş səhifələri, kuratorlar, kontent yaradıcıları paylaşdıqları kontenti izləyicilərinə rahatlıqla izah edə bilir.
Uzun müddətdir var olmasına baxmayaraq, tətbiqin özünün belə diqqət ayırmadığı bu funksiya haqqında bilməli olduğunuz əsas məqamları bu məqalədə vurğulayacağıq. Bu faydalı yeniliyin köməyinə ehtiyacınız varsa, oxumağa davam edin!
Bələdçi kontentini necə yerləşdirə bilərik?
Profilinizdə üst sağ hissəyə klikləyərək verilən seçimlər içərisindən “Guide” sözünü seçməlisiniz.
Burada sizə 3 bələdçi kontenti seçimi gəlir:
-
Məkanlar: Şəhərdaxili və ya şəhərdən kənarda məsləhət gördüyünüz məkanlar;
-
Məhsullar: Bəyəndiyiniz məhsullar;
-
Post: Yaratdığınız, yaxud saxladığınız postlar.
Hər format yaradıcının ehtiyaclarına uyğun dizayn edilib. Bu kontent üsulundan istifadə etmək paylaşdıqlarınızı ümumi bir sıraya sala bilmək, şərhinizi, fikirlərinizi qeyd etmək üçün kömək edə bilər.
Bələdçi kontenti harada görünür?
Bələdçi postunuzu hekayədə paylaşa, dostlarınıza göndərə bilərsiniz.
Bu funksiyanın əsas üstünlükləri postlarınızı səliqəli şəkildə bir yerə toplamağınıza kömək etməyi, şərh bildirmək, başlıq yazmaq üçün kömək etməyidir. Profilinizdə ən lazımlı postları müxtəlif kolleksiyalarda birləşdirib izləyiciləriniz üçün hər şeyi daha asan edə bilərsiniz.
Hazırladı: Pəri Abbaslı