Sovetlər birliyi dağılandan sonra ortaya çıxan türk dövlətləri sahib olduqları yeraltı qaynaqlarından doğru bir şəkildə istifadə edərək, müasir dünyada varlıqlarını hiss etdirməyə başladılar. Qloballaşmanın sürətlə artdığı, işlərinin siyasi inteqrasiyalar çox yaşandığı dünyamızda, bu dövlətlər öz aralarında birlik meydana gətirərək öz sözlərini artıq söyləyə bilirlər. Türk dövlətlərinin bir-birləri arasındakı bu sürətli inteqrasiya təbii ki, dayanıb dururkən reallaşmadı. Tarixindən aldığı güclə gələcəyi qurmaq istəyən bu istiqamətdə türk dövlətlərinin inkişafı üçün çalışan bir çox dövlət və ya özəl təşkilat var. Türk dövlətlərinin Sovetlər birliyindən müstəqil olmalarından bəri var gücüylə türk dünyasına xidmət üçün çalışan təşkilatlardan biri də Azərbaycan Atatürk mərkəzi adına, mərkəzin başçısı cənab Nizami Cəfərovdur. Millət vəkili eyni zamanda Azərbaycan milli məclisi mədəniyyət komitəsinin başçısı olan Nizami bəylə türk dünyası ilə bağlı səmimi bir söhbət etmişik.


Nizami bəy, biz sizinlə 2007-ci ildə görüşdüyümüzdə siz: ''hələlik, Türk Dünyasındakı bəzi ölkələr bizim işlərimizə qatılmır, amma gün gələcək o ölkələr bizimlə birlikdə olacaq'' -deyə cavab verdiniz. İndi 2012-dəyik həm Qazaxıstan, həm də Qırğızıstanın bu işlər içərisində iştirak etdiyini görürük. Bu mövzu haqqında nələr söyləmək istəyərsiniz?


Sovetlər Birliyi dağıldıqdan sonra ortaya çıxan türk dövlətləri artıq 20 illiklərini qeyd edirlər. Bu dövlətlər ilk müstəqil olduqlarında, bu dövlətləri ən çox müdafiə edən Türkiyə idi. Təbii ki, bunu Rusiya edəcək deyildi. Hətta, rusya üçün maraqlı idi ki, bu dövlətlər azad olduqdan sonra baş verəcək. Bəlkə bunlar yenidən Rusiyaya qayıdacaqlar! Müstəqillik qazanmaq işin bir tərəfidir. Əhəmiyyətli olan onu qoruyub saxlaya bilməkdir. Rusiyayla birlikdə yaşamış olan bizlərin, artıq Rusiyadan müstəqil dünyaya açılmamız lazım idi. Bu da asan məsələ deyildi. Amma bu dövlətlər göstərdi ki, Sovetlər birliyi olmadan da yaşaya bilərlər. Bu mərhələdə bu köməyi bizə Türkiyə göstərdi. bizim dünyada böyük dövlətlər tərəfindən qəbul olunmamıza kömək etdi. Amma 90-cı illərin ilk yarısında Sovetlər birliyindən ayrılan türk dövlətləri arasında bəzi problemlər var idi. Azərbaycanla Türkmənistan arasında, Öbəkistanla Qırğızıstan arasında olduğu kimi. Bu türk dövlətləri bu problemlərin təsiriylə türk dünyasının gücünün fərqində deyildilər. Ayrıca, “Rusiyadan biz yenicə xilas olmuşuq, indi də Türkiyənin himayəsinəmi düşməliyik” deyə düşünən insanlar da az deyildi. Belə bir '' böyük qardaş'' qorxusu vardı.


Bəs budüzbirqorxu idimi?


Təbii ki, xeyr. Bu qorxu virtual bir qorxu idi. İlk sualınızda dediyiniz kimi, hərəkətlə, bu buna bənzər hallar türk dünyasının bir-birinə sürətli bir şəkildə yaxınlaşmasını əngəllədi və Azərbaycan xaricindəki türk dövlətləri bizim meydana gətirdiyimiz təşkilatlara buna görə daxil olmaq istəmədilər. Amma indi mən demirəm ki, türk dövlətləri arasında hər şey mükəmməldir. Bəzi problemlər var, təbii ki, amma 90-cı illərin əvvəlindəki problemlər, virtual qorxular bu gün yoxdur.


Türk dövlətləri artıq dövlət quruculuq işlərini tamamladılar, dövlət idarə təcrübəsini inkişaf etdirdilər iqtisadiyyatlarını müəyyən bir səviyyəyə gətirdilər. Bunların hamısı çox gözəldir. Amma mənə elə gəlir ki, Türk dövlətləri bir-birlərinin problemləriylə kifayət qədər maraqlanmırlar.


Sizə bir hadisədən bəhs etmək istəyirəm. Biz keçən günlərdə Qırğızıstanda türk dilli dövlətlərin parlament asambiyasının konfransında olduq. Qırğızıstan dövlət başçısı Almazbek Atambayev dedi ki, mən bu yaxınlarda bilmişəm ki, bizim köhnə dövlət başçımız Askar Akayev Azərbaycandan qabaq Yerevana gedib, guya, soyqırım abidəsinə çələng qoyub. Belə bir şeyi düşünə bilərsinizmi? Hörmətli Atambayev bu vəziyyətdən yeni xəbərdardır. Amma bunu dövlətin bir səhvi olaraq qəbul edir. Bu belə mənanı verir: artıq biz bir-birimizi problemlərimizi tanımağa başladıq. Əslində, burada mediaya çox əhəmiyyətli bir vəzifə düşür. Qırğızıstana, kütləvi informasya vasitələri Qarabağ problemi deyə bir problemin olduğunu vaxtında çatdırsaydılar, Askar Akayev belə bir səhvi etməzdi, sanıram.


Sizin dediyiniz kimi, Türk dünyasını meydana gətirən dövlətlər bir-birini daha çox anladıqlarında, problemlərin həlli o qədər asanlaşacaq. Bu məzmunda Türkpa'nın ortaq əlifba işləri barədə soruşmaq istəyirəm. Ortaq əlifba mövzusunda işlər necə gedir?


Bu işləri ilk olaraq, türk dünyasının ziyalıları 19cu əsrin sonu 20ci əsrin əvvəlində başlamışlar. Bu işlər siyasi bir quruluş ​​nəticəsində meydana gəlmədi. Yəni, bu yeni bir vəziyyət deyil. Türk dünyasının böyük adı, İsmayıl bəy Qaspıralının ortaq dil yaratmaq mövzusunda çox böyük xidmətləri olan bir proses vardı bu mövzuda ... Əslində, bu əlifba mövzusu texniki bir problemdir. Biz Azərbaycan olaraq, müstəqil olduqdan sonra Atatürkün Türkiyə üçün qəbul etmiş olduğu Əlifbabir-iki hərf dəyişikliklə müasir latin əlifbasına keçdik. Kaş ki, bu hərf dəyişiklikləri olmasaydı ...Mən bəzən Türkiyədəki yığıncaqlarda türk dostlarıma deyirəm ki, bir jest edin ''ə'' hərfini qəbul edin. Bu digər türk dilli dövlətlərə nümunə olar. Amma əlifba yaradılarkən diqqət yetirilməsi lazım olan ən əhəmiyyətli nöqtə isə hər səsin, bütün türk dillərində eyni işarə ilə yazılmasıdır... Ortaq əlifba mövzusunda işlər gözəl gedir, amma ortaq dil mövzusunda böyük problemlər var. Hər türk xalqı istəyir ki, öz danışdığı dil ortaq dil olsun. Bu da çox təbii bir vəziyyətdir, amma hər türk ziyalısı da bilir ki, bu mümkün deyil. Amma belə vəziyyətlərdə ağıla ilk Türkiyə Türkcəsi, sonra Azerbaycan Türkcəsi gəlir. Mən inanıram ki, bu dillərdən biri ortaq ünsiyyət məsələsini yaxın bir zamanda həll edəcək.


Təbii ki, müstəqil olaraq yaşayan Türk dövlətlərin yanında bir öz ölkələrində azlıq olaraq yaşayan bir çox türk xalqı var. İranda, Rusiyada, Çində ... Bu ölkədə yaşayan türklərə hüquqlar bu dövlətlər tərəfindən kifayət qədər verilirmi?


Rusiyada 20 nəfərə qədər türk irqinə mənsub insanlar yaşayır. Onların hüquqları mövzusunda inkişafların olduğunu söyləyə bilərəm. Ən azından Sovet birliyi zamanındakı çətinliklər daha yaşanmır. İranda isə müəyyən problemlər var. İran öz ölkələrində yaşayan insanlarımıza lazımlı hüquqları, insan hüquqları çərçivəsində verməlidir. İran əgər insanın insan olmasından qaynaqlanan hüquqlarını oradakı türklərə verməzsə, böyük problemlərlə üzləşə bilər. Biz, tüklər zamanında ərəbcə, farsca, rusca yazıb oxumuşuq, o dilləri qəbul etmişik. Bu bizim tolerantlığımızı göstərir. Biz də bu gün bu ölkələrin öz içində yaşayan türklərə öz dillərində danışma və onu öyrənmə haqqı verilməsini istəyirik. Bundan təbii nə ola bilər ki, günümüzdə.


Türk əhalisinin çox yaşadığı Rusya, İran, Çin kimi ölkələrdə, bu türklər artıq Tura-nı quracaq qorxusu da hakimdir. Turana gərək varmı, varsa bu, nə qədər realdır?


Xeyr, türklərin belə bir iddası yoxdur. Biz hər zaman gələcəyə baxan bir millətik. Müasir dünyaya uyğun olaraq, biz o siyasətlər çərçivəsində siyasi birliyimizi gücləndirərək hərəkət etməyimiz lazımdır. Siyasi birlik olduğunda, mədəniyyətimizi, dilimizi mühafizə edib, gələcək nəsillərə köçürə bilərik. Biz də bu vəziyyətin fərqindəyik və işlərimizə siyasi birliyimizi gücləndirərək davam edəcəyik.


Son olaraq bir iqtisadiyyat sualımızı da cavablandırın. 20 il ərzində türk dövlətləri iqtisadi inkişaf müddətlərini tamamlaya bildilərmi?



Müəyyən mənada bunu edə bildilər. Sərbəst bazar iqtisadiyyatının meydana gəlməsi üçün əllərindən gələni etdilər. Qazaxıstan və Özbəkistan iqtisadi olaraq inkişafa davam edir. Qazaxıstanın başında Nursultan Nazarbayev kimi güclü bir lider var. Siyasi sabitliyin iqtisadiyyat üzərindəki müsbət təsirini nəzərə alaraq, bu liderlərin ölkələrinə qatdıqları çox əhəmiyyətli təsirləri var. Azərbaycanın vəziyyəti məlumdur. Açıq bazar iqtisadiyyatını meydana gətirərək, sürətlə inkişaf etməyə davam edir və regionun həm iqtisadi, həm də sosial mövzuda artıq lider dövlətinə çevrilir. Həm Azərbaycan, həm də digər türk dövlətləri daha da güclənərək yollarına davam edəcəklər.


Son olaraq, bunu ifadə etmək istəyirəm: biz keçmişdə konfranslarda, yığıncaqlarda, ya da təşkilatlarda digər türk dövlətləri nümayəndələri ilə bir araya gəldiyimizdə, duyğusal söhbətlər edərdik. Təbii ki, bu romantiklik çox lazımlı idi. Amma artıq duyğunun yanına layihələri və çox gözəl işləri də ılavə etdik. Bundan sonra layihə çıxaran, ortaq problemlərin həlli üçün qatqı təqdim edən güclü bir təşkilat olaraq varlığımıza davam edəcəyik.
Türk dünyasının böyük oğlu və Ümummilli liderimiz Heydər Əliyev, türk dilli ölkələrin konfrasnlarından birində demişdi ki, Türk dünyasının mədəni, etnografik birliyini onun siyasi birliyi tamamlamalıdır. Biz eyni ananın, eyni atanın övladlarıyıq. Bizim ortaq dilimizin, mədəniyyətimizin, ədəbiyyatımızın, etnografyamızın olması çox təbii bir vəziyyətdir. Bunu bizə kökümüz verir. Bizim işimiz ondan ibarətdir ki, biz bunu siyasi və iqtisadi birliyə çevirək.


EcoLife