Son vaxtlar podkastlar gündəlik həyatımızın bir hissəsinə çevrilib. Demək olar ki, musiqi dinləməyi əvəzləyən podkast seriyaları bizə çox şey öyrətməklə bərabər, həyatımızı asanlaşdırır.
Bu səbəbdən Facemark şəxsi brendinqinizi inkişaf etdirmək üçün dinləyə biləcəyiniz podkastları nəzərdən keçirib sizin üçün siyahı formasında hazırlayıb. Buyurun!
1. Erin May Henry | The Game Changers
Bu podkastda şəxsi brendinqə sahib olmağın əsas çətinliklərindən və üstünlüklərindən xəbərdar olacaqsınız. Brendinqinizdə çox dürüst ola bilərsiniz? İnsanlar tərəfindən rədd edilə bilərsiniz? Rəqabət çox güclüdür? Bazar sizi qəbul etmək istəmir? Bunlar hamısı brend mesajını hazırlamaq istəyən hər kəs üçün əsas qorxulardır.
2. Mike Kim | Brand You
Mike şəxsi brendinq fəlsəfəni bənzərsiz şəkildə ifadə edən başqa bir podkast aparıcısıdır. O, personal brendinqlə münasibətləri müqayisə edir və oxşarlıqlarını qeyd edir.
3. Chris Ducker | Youpreneuer
Bazarda fərqlənmək üçün yaxşı əlaqələrə, kritik kütləyə ehtiyac var. Podkastda 3 əsas prosesi təhlil edir: şəxsi marka qurmaq, onu bazara çıxarmaq və pul qazanmaq.
Chris dinləyicilərinə marka və müştərilər arasında səmimi münasibətin olmağının önəmini bu podkastda uzun-uzun başa salır.
4. Rory ve AJ Vaden | The Influential Personal Brand
Şəxsi markanızı yaradın və pul qazanın. Bu şou influenserlər, təşəbbüskarlar, natiqlər, yazıçılar, məşqçilər, rəhbərlər və mesajlarını daha çox insana çatdırmaq istəyən hər kəs üçün ən yaxşı marketinq tövsiyələrini əks etdirir.
Mənbə: Kişisel Marka Okulu - Kişisel Markanız İçin Takip Etmeniz Gereken Podcastler