"EPUL" onlayn ödəniş platforması MasterCard sistemi ilə yeni layihəsini təqdim edib.
Facemark şirkətin rəsmi məlumatına istinadən bildirir ki, MasterCard kartları ilə Azərbaycan banklarına məxsus bütün kartlarla komissiyasız pul köçürmələri artıq mümkündür.
Bu əməliyyatı komissiyasız icra etmək üçün "EPUL" platformasında qeydiyyatdan keçmək və kartı beynəlxalq təhlükəsizlik sistemi olan Masterpass mühitinə əlavə etmək yetərlidir. Əməliyyatı daha öncə kartını "EPUL" vasitəsi ilə Masterpassa əlavə etmiş istifadəçilər də icra edə bilər.
Kampaniya 05.07.2021-31.08.2021 tarixlərində aktivdir. Kampaniyanın başlama müddəti "EPUL" mobil tətbiqinin yenilənməsinə təsadüf edir. "Play Market" və "Apple Store" vasitəsi ilə yenilənməni icra edərək yeni funksiya və digər dəyişikliklərlə tanış olmaq mümkündür.
Qeyd edək ki, "EPUL" ödəniş platformasının təsisçisi olan "PAYSİS MMC" 2014-cü ildən fəaliyyət göstərir. Sektorunun innovatoru olan "EPUL" kommunal, mobil, TV, internet, YDM, bank, sığorta və digət xidmətlərin rahat və təhlükəsiz onlayn icrasını təmin edir.
"EPUL" xidmətlərindən aşağıdakı mənbələrlə yararlana bilərsiniz:
WEB: https://e-pul.az/epay/home
Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android
IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4