“Amazon” korporasiyasının banisi Ceff Bezos şirkətin baş direktor vəzifəsini tərk etdikdən sonra sərvəti daha da artıb.


Facemark “Forbes”ə istinadən bildirir ki, 2021-ci ilin iyulun 5-də şirkətin baş direktor vəzifəsini Endi Cessi tutub və nəticədə, "Amazon" səhmlərinin qiyməti yüksəlib.


Bununla da, Bezosun sərvəti 10,6 milyard ABŞ dolları artaraq 212,4 milyard ABŞ dollarına çatıb.