Rihanna rəsmi olaraq milyarder və dünyanın ən varlı qadın musiqiçisidir.
Facemark “Forbes” jurnalına istinadən bildirir ki, pop ulduzun 1,7 milyard dollar (1,2 milyard funt) dəyərində olduğu təxmin edilən var-dövlətinin 1.4 milyard dolları “Fenty Beauty” kosmetika şirkətindən gəlir.
Sərvətinin qalan hissəsini isə musiqiçi və aktrisa yaradıcılığından qazanır.
Opra Uinfridən sonra əyləncə sektorunda ən varlı qadın biznesmendir.
Qeyd edək ki, Rihanna “Fenty Beauty” şirkətini LVMH şirkətinin ortaqlığı ilə 2017-ci ildə qurub.