“Tesla”nın sədri Robin Denholm səhm seçimlərini həyata keçirdikdən sonra şirkətin 22 milyon dollardan çox hissəsini satıb.


Facemark bu barədə ABŞ Qiymətli Kağızlar və Borsa Komissiyasının (SEC) sənədlərinə istinadən xəbər verir.


Məlumata görə, dəyəri orta qiymətlərlə 702 və 726.200 dollar arasında dəyişən 31.250 səhm satılıb.


Qeyd edək ki, 2014-cü ildə “Tesla”nın idarə heyətinə müstəqil direktor olaraq daxil olan Denholm 2018-ci ildə keçmiş icraçı direktor İlon Maskı sədr olaraq əvəz edib.