“LinkedIn” mesaj bölməsinə görüntülü zəng funksiyasını əlavə edib.


Facemark.az xarici mediaya istinadən bildirir ki, keçən il video təminatçıları ilə əməkdaşlıq edərək video funksiyası test edən “LinkedIn” bu dəfə şərtləri asanlaşdırıb. Artıq hər bir istifadəçi yeni bir proqram əlavə etmədən rahatlıqla ikili video konfranslar təşkil edə biləcək.


“LinkedIn” yeni funksiyanı belə açıqlayır: “İlk iş axtarışından üz-üzə görüşlərə qədər bizim ən önəm verdiyimiz məqam istifadəçilərimizin məhsuldarlığını qorumaq və onlara güvən verməkdir. Yeni funksiya sayəsində mesaj təcrübəsindən başqa, həm də video konfranslarla söhbətləşmək mümkün olacaq. Artıq tətbiqimizin istifadəçiləri yeni proqram yükləməyə məcbur olmadan, rahatlıqla video görüşlər planlaşdıra bilərlər”.