bazar ertəsi, 18 oktyabr 2021

Brand Week Istanbulun bu ilki mövzusu: 21-ci əsrdə insan olmaq

456

8-12 noyabr tarixlərində keçiriləcək “Brand Week İstanbul” bu il "21-ci əsrdə insan olmaq" mövzusunda iştirakçıları ilə bir araya gələcək.

Facemark “MediaCat”ə istinadən bildirir ki, EMEA bölgəsinin ən böyük marka və biznes festivalı olan “Brand Week İstanbul” bu il "21-ci əsrdə insan olmaq" mövzusu ilə yaradıcı adlarla iqtisadiyyatda, cəmiyyətdə, sənətdə və texnologiyada yeni dövrün yeni paradiqmalarını araşdırmağa hazırlaşır.

“Brand Week İstanbul 2021” özünü sübut etmiş kampaniyaların arxasında duran strategiya və strateqləri mükafatlandıracaq “Curious Felis” Mükafatlarına, həmçinin dünya trendlərini formalaşdıran və beynəlxalq auditoriyanı hədəf alan “World Stage”ə ilk dəfə ev sahibliyi edəcək.

Brand Week İstanbul 2021-in yekun natiqləri arasında "Vikipediya" təsisçisi Jimmy Wales, "CreativeX" təsisçisi və CEO Anastasia Leng, təşəbbüskar, müəllif, rəqəmsal marketoloq və marka təsisçisi Ben Kirby, futurist, influenser və düşüncə lideri Bernard Marr, "Pretty Little Head" təsisçiləri Jane Cunningham və Philippa Roberts, "Starlight Runner" CEO-su Jeff Gomez, "MullenLowe Group UK" CCO-su Jose Miguel Sokoloff, "Digital Right Watch" təsisçisi, hüquqşünas və yazıçı Lizzie O'Shea, Dördüncü "Wall Ventures" təsisçisi Luke Burgis, "Yale Universiteti" musiqi professoru Craig Wright, istehlakçı davranışı və sosial təsir üzrə mütəxəssis Prof. Jonah Berger, Northeastern Universitetinin İqtisadiyyat professoru Prof. Madhavi Venkatesan, "Mastercard" CMO-su Raja Rajamannar və Kaliforniya Universitetinin Kompüter Elmləri Fakültəsinin Üzvü Prof. Misha Sra yer alır.

Paylaş

MÜSAHİBƏ

Reklam üçün

Sərgi, Konfrans, Festival

Reklam üçün

Abunəlik