iPhone-nuzun hər daim batereyasız olmağından şikayətlənirsinizsə, deməli batereyanızın sağlamlığı bir o qədər yerində deyil.


Xoşbəxtlikdən “Apple” gələcəkdə yaranacaq potensial problemlərə qarşı müəyyən funksiyalar yaradıb. Getdiyi yerlərdə adapter, iPhone şunuru, adapter başlığı axtarmaqdan bezənlər üçün Facemark əsas məqamlardan yazır.


“iPhone batereya informasiyası” hissəsinə diqqət edin



Burada yerləşən “Batereya sağlamlığı” hissəsinə klik edərək telefonunuzu yavaşladan hər şeyin ümumi analizini görə bilərsiniz. Orada göstərilən informasiya sayəsində telefonunuzun batereya performansının neçə faizdə olduğunu öyrənmək də mümkündür. Məsələn 2 illik telefonun maksimum performansı 85%-ə düşə bilər. “Apple” bildirir ki, maksimum performans səviyyəsi düşdükcə telefonun enerji yığma tələbatı artır.


“Batereya sağlamlığı” hissəsində telefonunuzun normal işləyib-işləməyəcəyini də görmək mümkündür. Əgər maksimum performans səviyyəsi çox aşağı düşübsə və siz hələ də telefonunuzda bəzi qaydalara əməl etmirsinizsə, aşağıdakı problemlər yarana bilər:


  • Daha uzun yükləmə prosesi;


  • Tətbiqlərdə yavaşlama;


  • Telefonun dinamikində səsin zəif çıxması;


  • Telefon işığının zəifləməsi;


iPhone batareyasının ömrünü necə uzatmaq olar?


iPhone-nuzu həyata qaytarmaq barədə hələ də ümidlisinizsə, sizə şad xəbərlərimiz var. “Apple” bildirir ki, 80%-dən yuxarı batereya sağlamlığı olan hər bir telefon əvvəlki kimi işləyə bilər. Hətta bizim yazdıqlarımıza əməl etsəniz, telefonunuza yeni həyat qazandırmış olarsınız.


Ekran parlaqlığınızı maksimumda işlətməyin. “Avto-parlaqlıq” funksiyasını aktiv edərək özünüzü əlavə yükdən qurtara bilərsiniz. Bu funksiya telefonunuzun ekran parlaqlığını qaranlıq yerlərdə çoxaldacaq, işıqlı yerlərdə isə avtomatik azaldacaq.


Mümkün qədər WiFi-dan istifadə edin. WiFi mobil datanın istifadə etdiyi enerjidən daha az enerji istifadə edir deyə, şübhəsiz, sizə çox kömək edəcək.


Telefonunuzu hər zaman 100%-də saxlamağa çalışmayın. Yaxşı olar ki, batereyanız tam bitənə qədər telefonunuzun batereyasını dolmağa qoymayasınız. Həm də 0%-də çox saxlamamağa cəhd edin.


İsti yay günlərində telefonunuzun birbaşa günəşlə təmas etməsinə icazə verməyin. Çox isti temperatur telefonunuza ciddi zərər verə bilər. Hətta yaxşı olar ki, dənizkənarı istirahətə gedəndə telefonunuzu evinizdə, yaxud maşınınızda qoyasınız.


Bildirişləri bağlayın. Xəbərsiz qalmaq çətin olsa da, gələn bildirişlər daim ekranınızın yanmasına və batereyanın istifadə edilməsinə səbəb olur.