“Facebook” milyonlarla profilə platformanın qaydalarını pozmağa icazə verib.


Facemark xarici mediaya istinadən bildirir ki, ən çox istifadə edilən sosial şəbəkələrdən biri olan “Facebook” məşhurlar və VIP şəxslərdən ibarət “ağ siyahı” tərtib edəcək. Bu siyahı xüsusi sistem vasitəsilə monitorinq ediləcək.


Sistem “XCheck” adlandırılıb. Burada postlar şirkətin işçiləri tərəfindən koordinə ediləcək. Rəsmi məlumata əsasən, 2020-ci ildə bu sistem tərəfindən 6 milyon profil test edilib. Bu profillər məşhur bloqerlərə, jurnalistlərə, siyasətçilərə, film aktyorlara, TV aparıcılara və alimlərə məxsusdur.


Sistem sayəsində, bu şəxslər sosial şəbəkə qaydalarını pozsa, postu silmək üçün onlara bir neçə gün möhlət veriləcək.