Cənubi Koreyanın yerli antimonopoliya təşkilatı "Google" şirkətinə milyonlarla dollar dəyərində cərimə təyin edib.
Facemark xarici mediaya istinadən məlumat verir ki, Cənubi Koreya hökuməti böyük texnoloji şirkətlər barəsində ciddi tədbirlər görməyə davam edir.
Koreya Respublikasının Ədalətli Ticarət üzrə Komissiyası (KFTC) bildirib ki, "Google" bazardakı hegemonluğundan sui-istifadə edir. KFTC-nın qərarı ilə şirkət 177 milyon dollar cərimə ödəməlidir. "Google" bu qərar ilə razı deyil.
Qeyd edək ki, ittihamların əsas məğzi ondan ibarətdir ki, şirkət smartfon istehsalçıları ilə əməkdaşlıq müqaviləsi bağlayan zaman həmin istehsalçılara öz smartfonlarında təkmilləşdirilmiş "Android"dən istifadəni qadağan edir.