“NASA” İlon Maskın “SpaceX” və Cef Bezosun “Blue Origin”i də daxil olmaqla ABŞ-ın beş şirkətini 146 milyon dollarlıq müqavilə ilə müfakatlandırdığını açıqlayıb. Müqavilənin əsas məqsədi aya enən kosmik gəmi dizaynlarını inkişaf etdirməkdir.


Facemark xarici mediaya istinadən bildirir ki, bu müqavilələr “NASA”nın “Artemis” proqramına daxildir. Proqram çərçivəsində nəhəng şirkət 2024-cü ilədək Aya kosmonavtlar göndərməyi planlaşdırır.


“SpaceX” 9,4 milyon dollarlıq müqavilə bağlayarkən “Blue Origin” 25,6 milyonluq sazişə imza atıb.


Digər kosmik ABŞ şirkətləri olan “Dynetics” 40,8 milyon dollarlıq kontrakt qəbul edərkən “Lockheed Martin” 35,2 milyon, “Northrop Grumman” isə 34,8 milyon dollarlıq mükafatlandırılıb.