"Copywriting" termini bəzən "copyright" sözü ilə eyniləşdirilir, lakin bu 2 sözü birləşdirən yalnız bir dəyər var: Müəllif hüquqlarının qorunması kopirayterin qarşısında duran əsas vəzifədir.


Bu gün hər bir şirkət və sosial media istifadəçisi qarşısına çıxan paylaşımın maksimum dərəcədə kreativ olmasını istəyir, lakin hər postun kreativ olması şirkətin imicinə konkret olaraq zərbə vura bilər.

Belə ki, bir müddətdən sonra formalaşan izləyici kütləsi əvvəlki postlarla müqayisədə kreativliyin aşağı düşməsini hiss edəcək və gözləntilərini qarşılamadığına görə fikrini mənfi yöndə dəyişə bilmək ehtimalı yaranacaq.

Bu səbəblərdən hər hansısa bir şirkət reklam və təqdimat mətnlərinin yazılması zamanı hər sözü 100 ölçüb 1 biçməlidir. Əks halda, söz klaviaturadan bir dəfə çıxıb "share" olundusa artıq şirkətin deyil.



O zaman kopiraytinqdə edilən ən böyük yanlışların nələr olduğuna baxaq:

- Mətn ilə əlaqəsiz başlıqların seçilməsi;
- Klişe və çox işlənən sözlərdən istifadə;
- Lazımsız uzun mətnlərin yazılması;
- Sual və xitab cümlələrindən yersiz istifadə;
- Açar sözlərin səhv seçilməsi.


Bəs uğurlu kopirayter olmaq üçün hansı özəlliklər vacibdir?

- Hədəf kütləni düzgün tanımaq;
- Rəsmilikdən uzaq olmaq;
- Reklam olunan məhsulun üstünlüklərini və müştəri üçün faydasını vurğulamaq;
- Düzgün araşdırma etmək;
- Dünyagörüşünü inkişaf etdirmək və ən son trendləri izləmək.

Nəticə olaraq, uğurlu bir kopirayter olmaq üçün daim öz üzərində çalışmaq və sözləri zərgər dəqiqliyi ilə seçmək lazımdır.


Ümid edirəm ki, bu məqalə sizlər üçün faydalı olacaq, həmçinin LinkedIn profilimə keçid edərək marketinq ixtisasına aid paylaşımlarımla tanış ola bilərsiniz.


Diqqətiniz üçün təşəkkür edir və gələcək iş karyeranızda uğurlar arzu edirəm!



Elvar Abdullazadə


Kopirayter


LinkedIn hesabı