1988-ci ildə "Internet Relay Chat" (IRC) adlı tətbiq ilə həyatımıza daxil olan mesajlaşma anlayışı bu gün hər kəs üçün əhəmiyyətlidir.


Facemark.az müasir texnologiya ilə ayaq uydura bilməyən və zamanla unudulan bəzi tətbiqetmələri təqdim edir:


ICQ



Proqram 1996-cı ildə İsraildə yerləşən şirkət tərəfindən hazırlanıb. İstifadəçilərə dostlarını əlavə etmək şansı verən tətbiqetmə 2001-ci ildə partlayış nöqtəsinə gələrək ümumilikdə 100 milyon istifadəçiyə çatıb. Təxminən 25 illik bir tarixi olan tətbiqetmə istifadəçilərinə "ICQ New" olaraq xidmət göstərməyə davam edir.


AOL Instant Messenger (AIM)



"ICQ" proqramından bir il sonra "AOL Instant Messenger" (AIM) istifadəçilərlə görüşdü. Mesajlaşma tətbiqi 2017-ci ilə qədər fəaliyyət göstərib.


Xfire



Digər mesajlaşma tətbiqlərindən fərqli olaraq "Xfire" oyun sevərlərə aid tətbiq idi. 2002-ci ildə istifadəçilərlə ilk görüşü olan "Xfire" 2014-cü ilin yanvar ayında 24 milyon qeydiyyatdan keçmiş istifadəçiyə çatmağı bacarıb. 2005-ci ildə "Yahoo!" şirkətinin müəllif hüquqları iddiasından sağ çıxmağı bacaran tətbiqetmə 2015-ci ildə fəaliyyətini dayandırıb.


Yahoo! Messenger



1999-cu ildə Amerikanın nəhəng şirkəti olan "Yahoo!"nun mesajlaşma tətbiqi uzun müddət sevilərək istifadə edilib. Lakin "WhatsApp" və "Messenger" kimi tətbiqlərlə rəqabət apara bilməyən "Yahoo! Messenger" 2018-ci ildə fəaliyyətini dayandırıb.


Windows Live (MSN) Messenger


Dünya tarixində ən çox istifadə edilən mesajlaşma tətbiqlərindən olan "MSN Messenger" "Facebook"un yaranmasından sonra aktivliyini qoruya bilmədi. Ən son versiyası ilə "Yahoo! Messenger" və "Facebook Messenger" dəstəyi ilə davam etməyə çalışsa da, 2013-cü ildə tamamilə bağlanıb.