İnstaqram sosial şəbəkəsi yüklənən videoların müddətini bir dəqiqədən 60 dəqiqəyə qədər artırıb.


Facemark xarici mənbəyə istinadən xəbər verir ki, əvvəllər müddəti çox olan videolar IGTV tətbiqində yayımlanıb.


Bundan sonra isə IGTV adını "Instagram TV" olaraq dəyişdirəcək.


Bu format sosial şəbəkəyə yalnız video məzmununu izləmək xatirinə daxil olan istifadəçilər üçün əlverişli olacaq.